Orban Putinlə görüşmək üçün Moskvaya yola düşüb
Bakı, 28 noyabr, AZƏRTAC
Macarıstanın Baş naziri Viktor Orban Moskvaya yola düşüb və orada Rusiya Prezidenti Vladimir Putinlə enerji təchizatı və Ukraynadakı münaqişənin həlli məsələlərini müzakirə etməyi planlaşdırır.
AZƏRTAC xəbər verir ki, Budapeşt Beynəlxalq Hava Limanından yola düşməzdən əvvəl macar jurnalistlərə açıqlama verən Orban Putinlə görüşün günün birinci yarısına planlaşdırıldığını deyib. O qeyd edib ki, Macarıstan sənaye və ev təsərrüfatları üçün yanacaq və xammal qiymətlərini Avropada ən aşağı səviyyədə saxlayır. “Bu, ona görə mümkündür ki, bizim qiymətləri aşağı olan ucuz Rusiya nefti və qazına çıxışımız var”, - deyə Baş nazir bildirib.
Viktor Orban, həmçinin Macarıstanın bu yaxınlarda “Drujba” neft kəməri və “Türk axını” qaz kəməri ilə tədarüklərə mane olan ABŞ sanksiyalarından azad edilməsinin əhəmiyyətini vurğulayıb.
Moskva danışıqlarında Ukraynadakı münaqişənin müzakirə olunub-olunmayacağı ilə bağlı sualı cavablandıran Orban deyib ki, Macarıstan hökuməti hərbi əməliyyatların dayandırılmasını ardıcıl olaraq müdafiə edir və hər iki tərəfi sülh razılaşmasına nail olmağa çağırır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [19:23]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]