Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ordubad rayonunun Aşağı Əylis kəndində yeni sosial obyektlər istifadəyə verilib

Ordubad, 26 sentyabr (AZƏRTAC). Qədim Ordubad bu gün müasir inkişaf tempi ilə diqqəti cəlb edir. Abadlaşan kənd yaşayış məntəqələri rayondakı bənzərsiz təbiət mənzərələrinin fonunda daha füsunkar görünür. İnsana qayğını özündə təcəssüm etdirən bu yeniləşmə və tərəqqi son illər rayonun bütün kəndlərini əhatə edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Aşağı Əylis kəndi rayonun qədim yaşayış məntəqələrindən biridir. Araz çayının sol sahilində, dağlar qoynunda yerləşən bu kənd xalqımızın qədim sənətkarlıq və ticarət mərkəzi kimi tarixən böyük şöhrət qazanıb. Bu gün isə Aşağı Əylis kəndi əsl tərəqqi və inkişaf dövrünü yaşayır. Son illər kənddə yaradılan şərait, insanların rifahının yüksəldilməsi istiqamətində görülən tədbirlər, aparılan quruculuq işləri bunu bir daha təsdiq edir.

Muxtar respublikada müasir kənd infrastrukturunun yaradılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində sentyabrın 26-da Aşağı Əylisdə yeni məktəb binası və Kənd Mərkəzi istifadəyə verilib.

Aşağı Əylis kənd məktəbi üçün

yeni bina tikilib

Sentyabrın 26-da Aşağı Əylis kənd tam orta məktəbinin açılışı olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisin Sədri Vasif Talıbov açılış tədbirində iştirak edib.

Məktəbin direktoru Vidadi Quliyev çıxış edərək deyib ki, kənddə müasir məktəb binasının inşası dərslərin müasir tələblər səviyyəsində tədrisinə imkan verəcəkdir. Yaradılan şərait qarşıya mühüm vəzifələr qoyur. Bu şərait müəllim və şagirdlərin məsuliyyətini daha da artırır.

Məktəbin direktoru söz verib ki, kollektiv yaradılan şəraitdən faydalanacaq, nailiyyətləri artıracaq, tədrisin səviyyəsini ilbəil yüksəltməyə çalışacaqdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yeni məktəb binasının istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edib, ümummilli lider Heydər Əliyevin “Cəmiyyətin gələcək tərəqqisi təhsilin vəziyyətindən asılıdır”, fikrini xatırladaraq deyib: Bu gün ölkəmizdə həyata keçirilən təhsil islahatları gənc nəslin hərtərəfli böyüməsinə xidmət edir. Ümummilli Liderimizin müəyyənləşdirdiyi təhsil strategiyası Azərbaycan Prezidenti tərəfindən uğurla davam etdirilir. Gənclərimiz lazımi şəraiti olan məktəblərdə təhsil alır, özlərini ölkəmizin gələcəyinə hazırlayırlar. Bu gün Aşağı Əylis kəndində müasir məktəb binasının istifadəyə verilməsi də bu istiqamətdə görülən işlərin tərkib hissəsidir.

Ali Məclisin Sədri deyib: Məktəb binasında müasir təhsilin tələbləri də nəzərə alınaraq hər cür şərait yaradılıb. Bu da gənclərimizin yaxşı təhsil almasına, onların müasir informasiya texnologiyalarından sərbəst istifadə etmələrinə imkan verəcəkdir. Çünki müasir dünyamızda informasiya texnologiyalarından istifadə vərdişlərinə yiyələnmək günün tələbinə çevrilib. Yeni texnologiyalardan, kompyuter və elektron lövhələrdən sərbəst istifadə etmədən ixtisaslı kadr kimi formalaşmaq mümkün deyil. Ona görə də hansı sahədə işləmələrindən və oxumalarından asılı olmayaraq gənclər müasir texnologiyalardan istifadəyə dərindən bələd olmalıdırlar.

Qeyd olunub ki, gənclərin fiziki cəhətdən sağlam böyüməsi üçün də məktəbdə hər cür şərait yaradılıb, idman zalı və açıq idman qurğuları istifadəyə verilib. Şagirdlərin fiziki cəhətdən sağlam olmaları onların zehni inkişafına da köməklik göstərəcək, dərslərin daha yaxşı mənimsənilməsinə səbəb olacaqdır. Müəllimlər gənclərə yaxşı təhsil verməklə bərabər, onların milli ruhda, əsl vətənpərvər kimi böyümələrinə diqqəti artırmalı, hər bir şagirdə ölkəmizin gələcək təminatçısı kimi baxılmalı, onların təhsilinə diqqətlə yanaşılmalı, qayğı göstərilməlidir.

Məktəbin nailiyyətlərinin qənaətləndirici olduğunu bildirən Ali Məclisin Sədri kollektivə təşəkkürünü bildirib, onlara gələcək tədrisdə uğurlar arzulayıb.

Sonra Ali Məclisin Sədri Ordubad rayon ümumtəhsil məktəblərində əla qiymətlərlə oxuyan bir qrup şagirdə kompyuter dəsti hədiyyə edib, açılışı bildirən lenti kəsib.

Məlumat verilib ki, 234 şagird yerlik 3 mərtəbəli məktəb binası müasir tələblər səviyyəsində inşa olunub. Məktəbdə 13 sinif otağı, kimya-biologiya və fizika laboratoriyaları, hərbi kabinə, kompyuter və şahmat otaqları, müəllimlər otağı, kitabxana, bufet və idman zalı vardır.

Kitabxana fondu 3 minə yaxın latın qrafikalı dərslik və 2 mindən çox bədii ədəbiyyatla zənginləşdirilib. Baxış zamanı Ali Məclisin Sədri ayda bir dəfə kitabxana günlərinin keçirilməsinin, o cümlədən görkəmli yazıçı və şairlərin yubileylərinin qeyd olunmasının əhəmiyyətini vurğulayıb, kitab mütaliəsinə marağın artırılması barədə tapşırıqlar verib.

Müasir təhsil sisteminin əsas tələblərindən biri də məktəblərdə informasiya texnologiyalarına əsaslanan tədris mühitinin təşkil olunmasıdır. Məktəbin kompyuter otağında 19 kompyuter dəsti quraşdırılıb və internetə çıxışı təmin edilib.

Elektron lövhələr təhsildə ən səmərəli tədris avadanlığıdır. Keçirilən mövzuya aid slaydlar, videolar göstərmək, şəkil, qrafik və cədvəllərlə işləmək, təcrübələr aparmaq, materialları yaddaşda saxlamaq və çap etmək kimi çoxfunksiyalı iş prinsipinə əsaslanan bu tədris vasitəsi muxtar respublikada geniş tətbiq olunur. Aşağı Əylis kənd tam orta məktəbindəki 3 elektron lövhəli sinif də dərslərin yeni metodlarla keçirilməsinə şərait yaradacaqdır.

Ali Məclisin Sədri birinci sinif şagirdlərinin dərs prosesi ilə maraqlanıb. Məlumat verilib ki, bu il məktəbin birinci sinfinə 20 şagird qəbul olunub. Şagirdlərin məktəbə hazırlıq kursuna cəlbi, psixoloji hazırlıq səviyyələrinin artırılması keçirilən dərslərin daha yaxşı mənimsənilməsinə köməklik göstərir.

Məktəbdəki laboratoriyaların hər biri dərsliklərdə nəzərdə tutulan mövzulara uyğun ən müasir təcrübə avadanlıqları ilə təmin olunub, fizika laboratoriyasında elektron lövhə quraşdırılıb. Əyani vasitələrlə və mövzulara uyğun multimedia proqramları ilə təminat dərslərin praktik yolla mənimsənilməsinə imkan yaradır. Bu da uşaqlara dərsləri daha yaxşı qavramaqda kömək edir, biliyin təcrübə əsasında möhkəmləndirilməsinə şərait yaradır.

Bu gün gənc nəslin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi, hərb tariximizin öyrənilməsi ən mühüm məsələlərdəndir. Gənclərin məktəb yaşlarından müəyyən hərbi biliklərə yiyələnməsi sonrakı dövrdə onların peşəkar hərbiçi kimi yetişməsinə, eləcə də hərbi-vətənpərvərlik hisslərinin erkən yaşdan formalaşmasına xidmət edir. Məktəbdə istifadəyə verilən hərbi kabinə bu mənada mühüm əhəmiyyət daşıyır.

Müasir idman zalı və məktəbin həyətində quraşdırılan açıq idman qurğuları gələcəyimiz olan uşaqların fiziki inkişafına və sağlam böyüməsinə zəmin yaradacaqdır.

Məktəbin müəllimləri ilə söhbət zamanı Ali Məclisin Sədri deyib ki, ölkəmizdə təhsil quruculuğuna xüsusi diqqət yetirilir. Şəhər və rayon mərkəzləri ilə yanaşı, ən ucqar kəndlərdə də müasir məktəb binaları tikilir. Bu da məzunların gələcəkdə istənilən xarici ölkədə ali təhsil almasına imkan verəcəkdir. Aşağı Əylis kənd tam orta məktəbində yaradılan yeni tədris şəraiti kollektivin məsuliyyətini daha da artırır. Müəllimlər dərsləri yaxşı tədris etməklə, şagirdlər isə biliklərə dərindən bələd olmaqla göstərilən etimadı doğrultmalıdırlar.

Müəllimlər yaradılan şəraitə uğurlu nailiyyətlərlə cavab verəcəklərini bildiriblər.

Məktəbin həyətində də abadlıq işləri görülüb, gül-çiçək əkilib.

Aşağı Əylisdə yeni kənd mərkəzi istifadəyə verilib

 

Həmin gün Aşağı Əylis Kənd Mərkəzinin də açılışı olub.

Kənd inzibati ərazi dairəsi üzrə nümayəndə İsmayıl Quliyev deyib ki, muxtar respublikada aparılan quruculuq tədbirləri bu il Aşağı Əylis kəndini də əhatə edib, qısa müddətdə müasir tələblərə cavab verən məktəb binası və kənd mərkəzi inşa olunub. Kənddə dövlət qurumları üçün nümunəvi iş şəraiti yaradılıb. Göstərilən qayğı nəticəsində Aşağı Əylis kəndinin siması son illər tanınmaz dərəcədə dəyişib. Kənd təbii qaz, elektrik enerjisi və telefonla təmin edilib, yollara asfalt örtük salınıb, kəhrizlər bərpa olunub, fərdi təsərrüfatların inkişafı üçün lazımi şərait yaradılıb. Əhali əsasən heyvandarlıq, bağçılıq və arıçılıqla məşğul olur. Həyatın elə bir sahəsi yoxdur ki, diqqət və qayğıdan kənarda qalsın.

İsmayıl Quliyev yaradılan şəraitə görə kənd sakinləri adından minnətdarlığını bildirib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov sakinləri kənddə görülmüş quruculuq işləri münasibətilə təbrik edərək deyib: Aşağı Əylis kəndində aparılan quruculuq tədbirləri, istifadəyə verilən yeni sosial obyektlər ölkəmizdə həyata keçirilən tədbirlərin bir kəndin timsalında nümunəsidir. Bu gün dövlətimiz tərəfindən kəndlərin inkişafına hərtərəfli qayğı göstərilir. Kəndlərimiz abadlaşır, insanlar üçün lazımı şərait yaradılır, onların rahatlığı təmin olunur, gündəlik qayğıları vaxtında həll edilir.

Ali Məclisin Sədri deyib: Aşağı Əylis kəndi də müasirləşən Azərbaycan kəndlərinin sırasına qoşulub. Vaxtilə kənddə inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə və digər lazımi dövlət strukturları yaradılıb, onların fəaliyyəti təmin edilib. Bu gün isə dövlət qurumları və xidmət təşkilatları üçün müasir iş şəraiti yaradılıb. Kənd əhalisinin təqribən 270 nəfərə yaxını dövlətdən əmək haqqı, müavinət və təqaüd formasında vəsait alır. Qurulanlar, yaradılanlar insanların rahat yaşamasına xidmət edəcək, əhali daha sıx məskunlaşacaqdır. Kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə və xidmət təşkilatları yaradılan bu şəraitdən səmərəli istifadə etməli, daim əhalinin problemləri ilə maraqlanmalı, onların vaxtında həll edilməsinə nail olmalıdırlar. Kənddə fərdi təsərrüfatlar genişləndirilməli, dövlət qurumları ilə yanaşı, sakinlər də kəndin abadlığının, yaşıllıqlarının qayğısına qalmalıdırlar.

Ali Məclisin Sədri yaradılan şəraitdən düzgün istifadə olunacağına əminliyini bildirib, açılışı bildirən lenti kəsib.

Məlumat verilib ki, ikimərtəbəli kənd mərkəzində rabitə evi, polis sahə, feldşer-mama və baytarlıq məntəqələri, kitabxana, kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, kənd bələdiyyəsi, mədəniyyət evi və 75 yerlik iclas zalı vardır.

Mərkəzdə 4 min 916 ədəbiyyat fonduna malik kitabxana da əhalinin ixtiyarına verilib. Kənd sakinlərinin asudə vaxtlarının səmərəli təşkilinə xidmət edəcək kitabxanada 1265 latın, 3651 kiril əlifbası ilə çap olunmuş Azərbaycan, eləcə də klassik və müasir dünya ədəbiyyatı nümunələri toplanıb.

Kənddə müasir rabitə sistemi mövcuddur. Rabitə evindəki 384 nömrə tutumu olan ATS 240 abonentə xidmət göstərir. Aşağı və Yuxarı Əylis kəndlərini əhatə edən polis sahə məntəqəsində də müasir şərait yaradılıb.

Binanın ikinci mərtəbəsində Aşağı Əylis kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə və Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı üçün iş otaqları vardır.

Məlumat verilib ki, Yeni Azərbaycan Partiyası Aşağı Əylis kənd ərazi ilk təşkilatının 128 nəfər üzvünün 19-u gənclər, 24-ü isə qadınlardır.

Feldşer-mama məntəqəsi üçün 3 otaq ayrılıb. Məntəqə səhiyyə xidmətinin nümunəvi təşkili üçün hərtərəfli şərait və dərman vasitələri ilə təmin olunub. Bildirilib ki, bu gün kənd yaşayış məntəqələrində əsas diqqət yetirilən məsələlərdən biri də insanların sağlamlığının qorunmasıdır. Ona görə də feldşer-mama məntəqəsində çalışan tibb işçiləri yaradılan şəraitdən səmərəli istifadə edərək əhalinin sağlamlığının keşiyində dayanmalı, insanlara nümunəvi səhiyyə xidməti göstərilməlidir.

Kənd Mərkəzi ilə tanışlıqdan sonra Ali Məclisin Sədri sakinlərlə görüşüb.

Kənd ağsaqqalları söhbət zamanı bildiriblər ki, Ümummilli Liderimizin müəyyənləşdirdiyi siyasi xətt bu gün ölkəmizə inkişaf və tərəqqi bəxş edir. Son 18 ildə muxtar respublikada həyata keçirilən tədbirlər də bu siyasi xəttə sədaqətin bəhrəsidir. Artıq qədim Naxçıvanın bütün şəhər, qəsəbə və kəndləri müasir yaşayış məntəqəsinə çevrilib. Aparılan quruculuq işləri bu il Aşağı Əylis kəndini də əhatə edib, insanların rahatlığına xidmət edən müasir infrastrukturlar yaradılıb. Bütün bu tədbirləri sakinlər böyük ruh yüksəkliyi ilə qarşılayır, onların qurub-yaratmaq əzmi artır.

Ali Məclisin Sədri deyib: Həyata keçirilən bu tədbirlər ölkəmizin iqtisadi qüdrətinin göstəricisi olmaqla yanaşı, həm də insan amilinə verilən qiymətin daha bir ifadəsidir. Kənddə qurulanlar, tikilənlər ilk növbədə sakinlərin rahatlığına xidmət edəcəkdir. Müasir məktəb binası təhsil səviyyəsinin yüksəldilməsinə, Kənd Mərkəzi dövlət qurumlarının səmərəli fəaliyyətinə imkan verəcəkdir. Bu gün Aşağı Əylis kəndində yetişən gənc nəsil gələcəkdə ölkəmizin inkişafında yaxından iştirak edəcəklər. Kənd sakinləri qurulanlardan, yaradılanlardan səmərəli istifadə etməli, ölkəmizin inkişafına öz töhfələrini verməlidirlər.

* * *

Görülən abadlıq işləri çərçivəsində Aşağı Əylis kəndinin 1250 metr uzunluğundakı kənddaxili avtomobil yollarına asfalt örtük salınıb. Kənddə rabitə və elektrik sistemləri daha da təkmilləşdirilib, yeni tikililərə 110 metr uzunluğunda qaz xətti çəkilib, qədim su mənbəyi olan 3 kəhriz təmir olunub.

Ordubad şəhərindəki tarixi “Buzxana” abidəsində

yenidənqurma işləri aparılıb

Muxtar respublika ərazisindəki tаriх və mədəniyyət аbidələrinin bərpası istiqamətində görülən işlər tariximizin, o cümlədən milli dəyərlərimizin qorunmasına və gələcək nəsillərə çatdırılmasına xidmət edir.

Bu tədbirlərin davamı olaraq Ordubad şəhərindəki “Buzxana” tarix-memarlıq abidəsində də yenidənqurma işləri həyata keçirilib.

Sentyabrın 26-da “Buzxana” tarix-memarlıq abidəsi yenidənqurma işlərindən sonra istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Ordubad şəhərində XIV əsrə aid qədim memarlıq abidəsinin yenidən qurularaq istifadəyə verildiyini bildirib, bu münasibətlə sakinləri təbrik edərək deyib: Tarixi abidələr ulu babalarımızdan bizə qalmış sənət əsərləridir. Ordubad şəhərindəki “Buzxana” xalqımızın bir neçə əsr bundan əvvəlki yaşayış səviyyəsini, mədəniyyətini özündə təcəssüm etdirən memarlıq abidəsidir. Məişət mədəniyyətinin ayrılmaz tərkib hissəsi olan bu abidə vaxtilə əhalinin buza olan tələbatının ödənilməsi üçün istifadə edilib. Bu cür abidələrin qorunub gələcək nəsillər üçün saxlanılması, onlara ikinci həyat verilməsi tarixi-mədəni irsimizin yaşadılmasına xidmət edir. Aparılan yenidənqurma işləri abidənin ömrünü xeyli uzadıb. Bu gün “Buzxana” abidəsində Ordubad rayonuna xas olan milli mətbəx nümunələri təbliğ olunacaqdır. Həmçinin burada yeni iş yerləri açılıb.

Ali Məclisin Sədri əsaslı şəkildə yenidən qurulan abidənin qorunub saxlanılmasına xüsusi diqqət göstərilməsinin vacibliyini qeyd edib, açılışı bildirən lenti kəsib.

Məlumat verilib ki, abidənin ümumi sahəsi 166 kvadratmetr, hündürlüyü 11 metrdir. Burada 5 günbəz, ümumi zal, giriş və yardımçı otaq mövcuddur. Konstruktiv elementi formaca 4 tağvari sütundan ibarət olan abidənin üzərinə latun örtük vurulub, buzxana hissəsinə enən pilləkənlər bərpa olunub. Xalqımızın minillik məişət mədəniyyətinin göstəricisi olan abidənin tarixi görkəmi qorunub saxlanılıb, divarlar əhəng-gil qarışığı ilə hörülüb.

Abidə ilə tanışlıqdan sonra Ali Məclisin Sədri şəhər sakinləri ilə görüşüb.

Şəhər sakini, ağsaqqal Cəlil Rəhimov deyib ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycanın incisi adlandırdığı Ordubad bu gün sürətlə inkişaf edir. Bütün sahələrdə yeniləşmə, tərəqqi vardır. İnsanların yaşayış səviyyəsi ilbəil yüksəlir. Açılan iş yerləri əhalinin məşğulluğunu təmin edir. Son illər Ordubad şəhərində böyük quruculuq işləri aparılıb. Bu qədim diyarda həyata keçirilən tədbirlər sakinlər tərəfindən minnətdarlıqla qarşılanır. Əsrlərin yadigarı olan “Buzxana” abidəsinə ikinci ömür verilməsi də sakinlər tərəfindən tariximizə, mədəni irsimizə verilən qiymət kimi yüksək dəyərə malikdir.

Ali Məclisin Sədri deyib ki, qədim tariximizi, milli dəyərlərimizi yaşatmaq xalqımızın gələcəyinə xidmət edir. Ordubad şəhəri Azərbaycan xalqının istər maddi, istərsə də mədəni irsinin toplandığı və yaşadıldığı bir məkandır. Bu gün rayonda aparılan quruculuq işləri Ordubadı müasirləşdirməklə yanaşı, həm də tarixinin yaşadılmasına yönəldilib. Dövlətimiz tərəfindən həyata keçirilən bu tədbirlərdə sakinlərin yaxından iştirakı isə vacib şərtdir. Hər bir şəxs çalışmalıdır ki, tarixi abidələrimiz qorunub saxlanılsın, milli dəyərlərimiz təbliğ olunaraq yaşadılsın.

Ordubad şəhərində görkəmli maarifçi Məhəmməd Tağı

Sidqinin ev-muzeyi inşa olunacaqdır

Bu il görkəmli mütəfəkkir, maarifçi və şair Məhəmməd Tağı Sidqinin anadan olmasının 160 illiyi tamam olur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2014-cü il avqustun 20-də “Görkəmli pedaqoq, maarifçi və şair Məhəmməd Tağı Sidqinin 160 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncamın icrası istiqamətində muxtar respublikada ardıcıl tədbirlər həyata keçirilir. Ali Məclis Sədrinin 2014-cü il sentyabrın 17-də imzaladığı sərəncama əsasən isə Ordubad şəhərində Məhəmməd Tağı Sidqinin ev-muzeyinin inşası nəzərdə tutulub.

Sentyabrın 26-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov vaxtilə görkəmli maarifçinin yaşadığı evə gəlib, binanın inşa olunacağı əraziyə baxıb, tikinti işlərinə başlanması barədə müvafiq tapşırıqlar veribdir.

* * *

Həmin gün Ali Məclisin Sədri Ordubad şəhərindəki 3 nömrəli tam orta məktəb üçün inşa olunan yeni binada tikinti işlərinin gedişi ilə də maraqlanıb.

Məlumat verilib ki, məktəb üçün 4 mərtəbəli müasir bina inşa olunub. Binada tədrisin günün tələblərinə uyğun qurulması üçün lazımi şərait yaradılacaq, müasir tədris bazası formalaşdırılacaqdır.

Ali Məclisin Sədri tikinti işlərinin keyfiyyətlə aparılmasına dair tapşırıqlar verib. 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Bloomberg”: İran nüvə obyektlərinə beynəlxalq müfəttişlərin giriş şərtini açıqlayıb

Londonda II Beynəlxalq Media Dostluğu Mükafatları təqdim olunub

Almaniya, Niderland və NATO liderləri Avropanın müdafiə imkanlarını müzakirə ediblər

Pentaqon Yaxın Şərqə əlavə 10 minədək hərbçi göndərəcək

Xorvatiyada Azərbaycan musiqisi gecəsi təşkil olunub

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatıb

“ADEX-2026” çərçivəsində beynəlxalq tərəfdaşlarla müzakirələr davam edir

Lixtenşteyn millisinin baş məşqçisi: Azərbaycanla heç-heçə bizim üçün yaxşı nəticədir

Ayxan Abbasov: Vəziyyətdən çıxmağın yolu Litva ilə oyunda qələbə qazanmaqdır

TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşüblər

Mahir Emreli: Komanda yaxşı vəziyyətdə deyil

Putin: Azərbaycan “Şimal-Cənub” dəhlizi layihəsinin həyata keçirilməsini dəstəkləyir

Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlığın təşviqi üzrə Birgə Komissiyanın 4-cü iclası olub

Media: Moskva vilayətində kimya zavodunda baş verən partlayış nəticəsində 7 nəfər ölüb

Aqil Qurbanov “ADEX-2026” sərgisində bir sıra görüşlər keçirib

Azərbaycan-Aİ münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub

Türkiyədə mədən uçqununun baş verdiyi ərazidə 3 işçinin axtarışları davam edir

Millətlər Liqası: Azərbaycan - Lixtenşteyn oyununda qalib müəyyənləşməyib YENİLƏNİB

Ən yeni müdafiə və təhlükəsizlik texnologiyaları Bakıda bir arada - FOTOREPORTAJ

Putin: Rusiyaya birbaşa hücum olacağı təqdirdə bütün silah arsenalından istifadə məsələsi gündəmə gələcək

Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Çin bayrağının rəngləri ilə işıqlandırılıb VİDEO

Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Çin bayrağının rəngləri ilə işıqlandırılıb VİDEO

Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir VİDEO

Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir VİDEO

Azərbaycan və Ukrayna arasında vizual sənət körpüsü: yeni art-layihələr planlaşdırılır

FHN-in voleybol komandası beynəlxalq turnirdə yüksək nəticə göstərib

Rumıniyada professor Tasin Cəmilin Osmanlı tarixinə həsr edilən yeni kitabı təqdim olunub

Tramp: İran nüvə silahına sahib olmayacağına razılıq verib

Rumıniya Şaquli Qaz Dəhlizi layihəsini dəstəkləyir: Azərbaycan marşrutu xüsusi qeyd olunub

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

İngiltərə və Uelsdə yüzlərlə məhbusun vaxtından əvvəl azad edilməsinə başlanılıb

Putin: Hegemoniyadan uzaqlaşdıqca dünyada vəziyyət yaxşılığa doğru dəyişəcək

Azərbaycanlı üzgüçü: Dünya ulduzları ilə yarışmaq bizə böyük motivasiya verir

Ukrayna “FP-7” ballistik raketlərindən ilk zərbələrini endirib

Almaniya hökuməti Bundesver hərbçilərinin iki missiyada iştirakının uzadılmasını təsdiqləyib

Əcnəbi tələbələr Belçika iqtisadiyyatına milyardlar qazandırır - araşdırma

Naxçıvanda Sosial Reabilitasiya Müəssisəsinin sakinləri ilə görüş təşkil edilib

Bu saata olan əsas xəbərlər

Çexiyada yanacaq qiymətlərinə nəzarət gücləndirilib

ÇXR-in yaranmasının 77-ci ildönümü münasibətilə Tyananmen meydanında dövlət bayrağı təntənəli şəkildə qaldırılıb

Bakıda “Tashkent Content Market – 2027” beynəlxalq məzmun platformasının təqdimatı olub

Media Forumun iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar

AQEM Media Forumu çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilib

Tacikistandan olan gənc sənətçi: Azərbaycan musiqisində doğma nəsə hiss edirəm

Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var VİDEO

Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Macarıstan Avropa Baş Prokurorluğuna üzv olur: qanunvericilik dəyişir

Baş Prokurorluq: Laçın istiqamətində hərbi qulluqçumuzun itkin düşməsi faktı ilə bağlı cinayət işi başlanıb

İssık-Kulda “Divanü Lüğat-it-Türk”ə həsr olunmuş sərginin daimi ekspozisiyası açılıb

Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib

Şuşakənd sakini: Həsrətində olduğum torpaqda yaşamaq böyük xoşbəxtlikdir

Azərbaycan və Bakı Dünya Akvatika Fondunun Ekoloji Mükafatına layiq görülüb

Filip Riker: Mərkəzi Asiya və Qafqaz rifah naminə əməkdaşlığı gücləndirməlidir VİDEO

Filip Riker: Mərkəzi Asiya və Qafqaz rifah naminə əməkdaşlığı gücləndirməlidir VİDEO

Millətlər Liqası: Azərbaycan və Lixtenşteyn yığmalarının start heyətləri açıqlanıb

Süni intellektəsaslı ağıllı sistemlər nəqliyyat problemini həll edə bilər? – AÇIQLAMA

Azərbaycan xalqının milli-mədəni irsinin inkişafına töhfələr vermiş şair: Xaqani Şirvani

Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti Azərbaycana təşəkkür edib

“Sərhədsiz incəsənət”: “Şabran-2026” Beynəlxalq İncəsənət Simpoziumunun yekun sərgisi

Orta Dəhlizin inkişafı nəqliyyat və logistika infrastrukturuna investisiyaları artırır - ŞƏRH

Cənubi Koreyada yaşlı əhalinin payı 21,6 faizə çatıb

AQTA rəsmisi: Qida zəhərlənmələrinin 65 faizdən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir VİDEO

AQTA rəsmisi: Qida zəhərlənmələrinin 65 faizdən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir VİDEO

Nazir: Azərbaycanda hər il, hər ay idman sahəsində növbəti uğurlar əldə olunur

Cəlilabadda fərdi yaşayış evində yanğın olub

® Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi-praktik konfransda iştirak edib

Ülviyyə Heydərova: Sanki “İnanıram” pyesi ürəyimdə, beynimdə hazır imiş və bir təkliflə üzə çıxdı

Hərbi prokurorluq orqanları arasında əlaqələrin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb

“ADEX” Azərbaycanın müdafiə sənayesinin beynəlxalq təqdimat platformasına çevrilib ŞƏRH

Metyu Brayza: CAMCA gənc liderlər üçün yeni əməkdaşlıq imkanları açır VİDEO

Metyu Brayza: CAMCA gənc liderlər üçün yeni əməkdaşlıq imkanları açır VİDEO

Hərbi Prokurorluğun rəhbərliyi kursantlarla görüşüb

Orta Dəhlizin inkişafı Avropa ilə Asiya arasında iqtisadi əlaqələrin güclənməsinə töhfə verə bilər – ŞƏRH

“Qızıl Saray” şadlıq evində istehlaka yararsız ətlər aşkarlanıb

Özbəkistanlı jurnalist: CAMCA ölkələr arasında təcrübə mübadiləsi üçün mühüm platformadır VİDEO

Özbəkistanlı jurnalist: CAMCA ölkələr arasında təcrübə mübadiləsi üçün mühüm platformadır VİDEO

Hikmət Hacıyev: Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə Aİ ilə münasibətlərimizin mühüm istiqamətlərindəndir

Ötən ay 908 mina və 4525 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

Gəncədə zəhərlənmə hadisəsi baş vermiş məktəbin bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 3 VİDEO

Gəncədə zəhərlənmə hadisəsi baş vermiş məktəbin bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 3 VİDEO

KTN-in vəzifəli şəxslərinin oktyabrda bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib

Aİ quruma üzv ölkələrdə qalmaq hüququ olmayan şəxslərin geri qaytarılması qaydalarını sərtləşdirib

Azərbaycanda makaron məmulatlarının istehsal həcmi açıqlanıb

Frederik Starr: Mərkəzi Asiya və Cənubi Qafqazdakı dövlətlər vahid komanda kimi təmsil olunmalıdır VİDEO

Frederik Starr: Mərkəzi Asiya və Cənubi Qafqazdakı dövlətlər vahid komanda kimi təmsil olunmalıdır VİDEO

Ali Məclisin deputatının mandatı ləğv edilib

Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub

"Birliyin Gücü – 2026” birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib YENİLƏNİB VİDEO

"Birliyin Gücü – 2026” birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib YENİLƏNİB VİDEO

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası olacaq

ABŞ-də xüsusi qayğıya ehtiyacı olan insanlar üçün Azərbaycan muğamı səsləndirilib VİDEO

ABŞ-də xüsusi qayğıya ehtiyacı olan insanlar üçün Azərbaycan muğamı səsləndirilib VİDEO

Azərbaycandan Lüksemburqa ixracın dəyəri 306 dəfə artıb – QRAFİK

Yeni reallıqlar Azərbaycanın iqtisadi imkanlarını genişləndirir - ŞƏRH

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Azərbaycanın regionlarında sərmayə yatırmaq üçün səmərəli imkanlar yaradılıb - ŞƏRH

Fuad Kərimov: CAMCA Forumu regionun investisiya potensialının müzakirəsi üçün mühüm platformadır VİDEO

Fuad Kərimov: CAMCA Forumu regionun investisiya potensialının müzakirəsi üçün mühüm platformadır VİDEO

Azərbaycanın müdafiə sənayesinin beynəlxalq bazara çıxış imkanları genişlənir - ŞƏRH

“ADEX 2026”da Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal edilən 130 adda məhsul nümayiş olunur VİDEO

“ADEX 2026”da Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal edilən 130 adda məhsul nümayiş olunur VİDEO

“Azneft”: İstehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib

Xankəndidə mina təhlükəsinə dair yekun maarifləndirmə təlimləri təşkil edilib

BMT gübrə yüklərinin Hörmüz boğazından keçməsinə imkan verəcək mexanizm hazırlayıb

İctimai Şura üzvləri ilə 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri müzakirə edilib

Azərbaycan idmançılarının reytinq cədvəlində dəyişiklik olub

Karib hövzəsi ölkələri ASAN modelini öyrənir

Ərdoğan: Ölkədəki hər siyasi partiyanın prioriteti Türkiyə olmalıdır

BMT-nin iclasında Ermənistan cəmiyyətində revanşist fikirlərin artmasından narahatlıq ifadə olunub

ADEX sərgisi Azərbaycanın hərbi-texniki əməkdaşlıq coğrafiyasını genişləndirir ŞƏRH

Oktyabrda Səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ünvanlar açıqlanıb

Azərbaycanlı alimlər Qazaxıstanda türk irsinə həsr olunmuş konfransda iştirak edirlər