Ordubadda avtobus qaz xəttinə çırpılıb, 160-a yaxın abonentin qazı kəsilib
Naxçıvan, 20 dekabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda avtobusun qaz xəttinə çırpılması nəticəsində orta təzyiqli qaz xətti (dairəvi xətt) qırılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə baş verəndən dərhal sonra təhlükəsizlik səbəbi ilə rayonun M. F. Axundov küçəsində, Kotam kəndində 157 abonentin qaz təchizatı dayandırılıb.
Qəza səbəbindən Ordubadın Nüsnüs kəndində 516, Yuxarı və Aşağı Əndəmic kəndlərində 416, Gənzə və Anabat kəndlərində isə 335 abonentdə qaz təzyiqində azalma müşahidə olunacaq. Bərpa işləri yekunlaşandan sonra sözügedən ərazidə təbii qazın verilişi təmin ediləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [19:22]
Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var
- 01.10.2026 [19:12]
Şuşakənd sakini: Həsrətində olduğum torpaqda yaşamaq böyük xoşbəxtlikdir
- 01.10.2026 [18:41]
Cəlilabadda fərdi yaşayış evində yanğın olub
- 01.10.2026 [17:54]
Ali Məclisin deputatının mandatı ləğv edilib
- 01.10.2026 [17:11]