ORTA ASİYA RESPUBLİKALARINDA XOCALI FACİƏSİNİN İLDÖNÜMÜ İLƏ ƏLAQƏDAR MƏRASİMLƏR KEÇİRİLƏCƏKDİR
Daşkənd, 23 fevral (AZƏRTAC). Azərbaycanın Özbəkistan, Qırğızıstan, Tacikistan və Türkmənistandakı səfirliklərində Xocalı faciəsinin 17-ci ildönümü ilə əlaqədar müxtəlif tədbirlər keçiriləcək, bu mərasimlərdə diasporumuzun üzvləri, yerli xalqların nümayəndələri, jurnalistlər iştirak edəcəklər.
Tədbirlərdə ermənilərin Azərbaycanın Xocalı şəhərində, həmçinin digər şəhər və kəndlərimizdə törətdikləri qanlı qırğınlar pislənəcək, mərasim iştirakçılarına Xocalı faciəsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Heydər Əliyev Fondunun rus və ingilis dilində buraxdığı kitablar və bröşürlər paylanacaqdır.
Tədbirlərdə Xocalı faciəsini əks etdirən filmlərin nümayiş etdirilməsi və fotosərgilərin təşkili də nəzərdə tutulur.
Özbəkistan, Qırğızıstan və Tacikistandakı Azərbaycan mədəniyyət mərkəzləri də faciə ilə bağlı anma mərasimləri təşkil edəcək, yerli mətbuatda bu haqda müxtəlif materiallar veriləcəkdir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]