Ötən ay İnsan Resursları Mərkəzinə 8743 müraciət daxil olub
Bakı, 2 iyun, AZƏRTAC
Təhsil İnstitutunun nəzdindəki İnsan Resursları Mərkəzinə may ayı ərzində daxil olan müraciətlərin statistikası açıqlanıb.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, ötən ay ərzində ümumilikdə 8743 müraciət daxil olub.
Müraciətlərin 634-ü feysbuk, 7621-i çağrı mərkəzi üzərindən gəlib. Habelə elektron poçt ünvanına 268, sayt üzərindən isə 169 müraciət daxil olub. 51 vətəndaş isə qəbulda iştirak edib.