ÖTƏN AY NAXÇIVAN ENERJİ SİSTEMİ 112 MİLYON KİLOVAT-SAAT ELEKTRİK ENERJİSİ İDXAL ETMİŞDİR
“Azərenerji” Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, noyabr ayında Naxçıvan Muxtar Respublikasına 112 milyon kilovat-saat elektrik enerjisi idxal edilmişdir.
Bunun 70,7 milyon kilovat-saatı İranın, 36,1 milyon kilovat-saatı isə Türkiyənin payına düşür.
Muxtar respublikanın ərazisindəki “Araz” su elektrik stansiyasında ötən ay 5,9 milyon kilovat-saat elektrik enerjisi istehsal olunmuşdur.