Ötən həftə 73 mina və 329 partlamamış digər hərbi sursat zərərsizləşdirilib
Bakı, 29 iyun, AZƏRTAC
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən iyunun 22-28-də icra edilən minatəmizləmə əməliyyatlarına dair məlumat açıqlayıb.
ANAMA-dan AZƏRTAC-a bildirilib ki, ötən həftə Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılmış minatəmizləmə əməliyyatları zamanı piyadaəleyhinə 36 , tankəleyhinə 37 mina və 329 partlamamış digər hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib, 1696,11 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 07.10.2026 [18:56]
Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub
- 07.10.2026 [18:11]
ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?
- 07.10.2026 [17:39]
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib
- 07.10.2026 [17:33]
Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB
- 07.10.2026 [17:03]