Ötən il Avropa İttifaqında avtomobil satışları 13,9 faiz artıb
Bakı, 18 yanvar, AZƏRTAC
Dekabr ayında Avropa İttifaqında avtomobil satışları 3,3 faiz azalsa da, 2023-cü ilin yekununa əsasən 13,9 faiz artıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının (ACEA) hesabatında deyilir.
Məlumata əsasən, Avropa İttifaqında yeni minik avtomobillərinin qeydiyyatı (statistikanın aparılmadığı Malta istisna olmaqla) ötən il 10 milyon 548 min ədəd təşkil edib, 2022-ci ildə isə bu göstərici 9 milyon 264 min ədəd olub.
Avtomobil satışlarında Almaniyada 7,3 faiz, Fransada 16,1 faiz, İtaliyada 18,9 faiz, İspaniyada isə 16,7 faiz artım qeydə alınıb.
Ötən il “Volkswagen” Avropa İttifaqında satışlarını 18 faiz, “Renault” 16,9 faiz, “Stellantis” 2,9 faiz artırmağa müvəffəq olub. Eyni zamanda, Almaniyanın lüks avtomobil istehsalçısı “Bayerische Motoren Werke AG” kompaniyasının Avropadakı satışlarında 15,5 faiz, rəqibi “Mercedes-Benz” kompaniyasının satışlarında isə 8,8 faizlik artım müşahidə edilib. Cənubi Koreyanın “Hyundai Group” kompaniyasının satışlarında 4,2 faiz, Yaponiyanın “Toyota” kompaniyasının satışlarında isə 9,9 faiz artım baş verib.
ABŞ-ın “Tesla” kompaniyası 2023-cü ildə Avropa bazarında 279 mindən çox elektromobil satıb ki, bu da 2022-ci illə müqayisədə 89,2 faiz çoxdur. Ötən il Aİ ərazisində yeni elektromobillərin satışı 37 faiz artaraq 1,539 milyon ədəd təşkil edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.06.2026 [22:00]
Türkiyə İslam bankçılığı sahəsində ilk beşliyə daxil olmağı hədəfləyir
- 04.06.2026 [20:04]
Yaponiyada doğuş sayı və əmsalı rekord həddə enib
- 04.06.2026 [18:36]
Ukrayna Silahlı Qüvvələri Rusiyanın strateji obyektlərinə zərbələr endirib
- 04.06.2026 [17:48]
“Amazon” şirkəti 25 min yeni iş yeri yaradacaq
- 04.06.2026 [17:30]