Ötən il “Azərenerji” ASC istehsalı 3,4 faiz, ixracı isə 14,2 faiz artırıb
Bakı, 3 yanvar, AZƏRTAC
İyul ayında elektrik enerji sistemində yaranan böhran səbəbindən Prezident İlham Əliyev tərəfindən yaradılan Dövlət Komissiyasının yekun rəyindən sonra həyata keçirilən islahatlar və “Ölkə enerji sistemində yaranmış kritik vəziyyətin aradan qaldırılması məqsədilə hazırlanmış reabilitasiya üzrə Tədbirlər Planı”na uyğun olaraq görülən işlər nəticəsində “Azərenerji” ASC tərəfindən ciddi irəliləyişlər əldə edilməkdədir.
“Azərenerji” ASC -dən AZƏRTAC-a bildirilib ki, görülən işlərin nəticəsi olaraq 2017-ci il ilə müqayisədə 2018-ci ildə elektrik enerjisinin illik istehsalı 22.52 milyard kilovat-saat və ya 3.4 faiz artıb.
Azərbaycan Respublikasından Rusiya, Gürcüstan, İran və Türkiyəyə ixrac olunan elektrik enerjisi 2017-ci il ilə müqayisədə, 2018-ci ildə 175 milyon kilovat-saat və ya 14.2 faiz artıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.08.2023 [10:52]
“Azərişıq”: Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin tikintisi davam edir
- 21.08.2023 [12:12]
Macarıstan gələn il Türkiyədən qaz tədarükünə başlayacaq
- 15.08.2023 [11:56]
Azərbaycanda elektrik enerjisi istehsalı artıb
- 09.08.2023 [10:32]
Mingəçevirdə müstəqillik dövrünün ən böyük elektrik stansiyası tikilir
- 03.08.2023 [12:45]
“Azərişıq” ASC Hacıqabulda yenidənqurma işlərini davam etdirir
- 31.07.2023 [14:16]
Azərişıq” ASC Kəlbəcərdə yenidənqurma işlərini davam etdirir
- 29.07.2023 [14:19]