ÖTƏN İL DÖVLƏT ƏMLAKININ İCARƏSİNDƏN BÜDCƏYƏ 11 MİLYARD MANATDAN ÇOX VƏSAİT DAXİL OLMUŞDUR
Ötən il dövlət əmlakının icarəsindən büdcəyə 11,2 milyard manat köçürülmüşdür. Dövlət əmlakının hüquqi əsas olmadan istifadə, icarə haqqını ödəməkdən yayınma hallarının aradan qaldırılması, dövlət müəssisələrinə məxsus boş sahələrdən səmərəli istifadə edilməsi üçün görülən tədbirlər dövlət büdcəsinə daxilolmaların artmasına şərait yaradır.
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, 2002-ci il ərzində daşınmaz dövlət əmlakının icarəyə verilməsinə dair 1504 (Bakı şəhəri üzrə 1040, respublikanın digər şəhər və rayonları üzrə 464) icarə müqaviləsi bağlanmışdır. Daşınmaz dövlət əmlakının icarəyə verilməsinə dair müddəti başa çatmış 779 müqavilənin müddəti uzadılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [15:54]
Əsas kapitala investisiya qoyuluşu 11 faizədək artıb
- 10.08.2026 [15:48]
Azərbaycanda orta aylıq əməkhaqqı 7 faiz artıb
- 10.08.2026 [15:37]
Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 18 faizdən çox artıb
- 10.08.2026 [15:32]
Azərbaycanın xarici dövlət borcu azalıb
- 10.08.2026 [15:26]
Yeddi ayda Azərbaycanda 76,8 milyard manatlıq ÜDM istehsal olunub
- 10.08.2026 [15:06]