Ötən il elm, təhsil, səhiyyə və sosial müdafiəyə xərclənən vəsait açıqlanıb
Bakı, 27 may, AZƏRTAC
2024-cü ildə elm, təhsil, səhiyyə, sosial müdafiə və təminat, mədəniyyət, informasiya və gənclər siyasəti sahələrinə dövlət büdcəsindən 11,5 milyard manat vəsait ayrılıb. Bu məbləğ ümumi büdcə xərclərinin 30,6 faizini təşkil edir və əvvəlki illə müqayisədə 259 milyon manat və ya 2,3 faiz çoxdur.
AZƏRTAC xəbər verir ki, bu sözləri maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrasına dair qanun layihəsinin müzakirəsi zamanı çıxışında deyib.
Nazir qeyd edib ki, xərclərin bu səviyyədə saxlanılması sosial rifahın qorunması, insan kapitalının inkişafı və dayanıqlı sosial siyasətin həyata keçirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [15:37]
AYİB-in istiqrazları üzrə son kupon və nominal ödənişlər həyata keçiriləcək
- 30.09.2026 [15:35]
Satınalmalarla bağlı yeni qayda tətbiq ediləcək
- 30.09.2026 [15:10]
® Ödənişsiz “Süni İntellekt Əsaslı Təhsil Proqramı”na qeydiyyat başlayır
- 30.09.2026 [15:09]
Mingəçevir Sənaye Parkında “Tekstil Klasteri” layihəsi həyata keçiriləcək
- 30.09.2026 [14:54]
Azərbaycan və Çin 1 milyard dollarlıq Birgə İnvestisiya Fondu yaradır
- 30.09.2026 [14:31]