ÖTƏN İL FRANSADA CİNAYƏT HADİSƏLƏRİ XEYLİ AZALMIŞDIR
AZƏRTAC-ın müxbiri Parisdən xəbər verir ki, son illər Fransa polisinin səmərəli fəaliyyəti və uğurlu əməliyyatları nəticəsində ölkədə cinayət hadisələrinin sayı nəzərəçarpacaq dərəcədə azalmışdır. Belə ki, 2002-ci ildə 4 milyon 114 min cinayət hadisəsi qeydə alındığı halda, 2003-cü ildə bu rəqəm 3 milyon 970 min təşkil etmişdir. Lion, Marsel və Lil kimi iri şəhərlərdə cinayət hadisələri 7,4 faiz azalmışdır.
Sürücülərin və sərnişinlərin təhlükəsizliyini təmin etmək məqsədi ilə yol polisinin gördüyü tədbirlər öz bəhrəsini verir. Aparılan profilaktik tədbirlər və sürətə nəzarət etmək üçün magistral yolların kənarlarında quraşdırılmış xüsusi cihazlar sayəsində 2003-cü ildə yol-qəza hadisələrindən dünyasını dəyişənlərin sayı xeyli azalmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]