İQTİSADİYYAT
Ötən il SOCAR-ın ümumi dövriyyəsi 83,8 milyard manat olub
Bakı, 30 iyun, AZƏRTAC
SOCAR 2019-cu il üçün konsolidasiya edilmiş maliyyə hesabatlarını açıqlayıb.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, hesabat ilində SOCAR-ın ümumi dövriyyəsi (gəlirləri) 83,8 milyard manat təşkil edib. Bu göstəricinin mühüm hissəsi üçüncü tərəflərin neft və neft məhsulları ilə aparılan ticarət əməliyyatlarının payına düşür. Ötən il üçüncü tərəflərdən alınıb-satılan xam neft və neft məhsullarının ümumi dövriyyəsinin məhdudlaşdırılmasına baxmayaraq, ticarət əməliyyatlarının effektivliyi və onların mənfəət nisbəti artırılıb.