Ötən il Türkiyədə İŞİD tərəfindən planlaşdırılan 152 terror aktının qarşısı alınıb
İstanbul, 24 sentyabr, AZƏRTAC
2020-ci ildə Türkiyə ərazisində İŞİD terror təşkilatı tərəfindən planlaşdırılan 152 terror aktının qarşısı alınıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu bildirib.
Nazir qeyd edib ki, bu müddət ərzində terror təşkilatına aid 26.8 ton partlayıcı maddə aşkarlanaraq zərərsizləşdirilib.
Ölkədə terrorla mübarizə haqqında danışan nazir deyib: “Bu il 162, son üç il ərzində isə 700-dən çox insan danışıqlar yolu ilə PKK terror təşkilatından ayrılıb. İnsanların oradan ayrılması terror təşkilatını psixoloji cəhətdən çökdürən, hərəkət və əlaqə qabiliyyətini daraldan çox vacib addımdır”.
Hazırda Türkiyə ərazisində təxminən 400-ə yaxın PKK terrorçusunun olduğunu deyən nazir ötən il xaricdən Türkiyə ərazisinə 200-dən çox, bu il isə 80-ə yaxın terrorçunun daxil olduğunu bildirib.
Türkiyə iqtisadiyyatının sürətlə irəlilədiyini vurğulayan S.Soylu iqtisadi baxımdan ölkənin sıçrama dövründə olduğunu söyləyib.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [19:10]
Çin süni intellektə 255 milyard avro sərmayə yatırmağı planlaşdırır
- 09.06.2026 [18:42]
Yaponiyada icazəsiz tikilən məscidin sökülməsinə dair qərar verilib
- 09.06.2026 [17:56]
Almaniyada siyasi motivli cinayətlərin sayı ən yüksək səviyyəyə çatıb
- 09.06.2026 [17:26]
ABŞ Federal məhkəməsi H-1B vizaları üçün yüz min dollarlıq rüsumu ləğv edib
- 09.06.2026 [17:22]
Apple “Siri”nin süni intellekt əsaslı yeni versiyasını təqdim edib
- 09.06.2026 [16:33]
Nigeriyada vəbadan ölənlərin sayı 74-ə çatıb
- 09.06.2026 [16:21]