Otuz şəhər və rayonda günərzi qayğı mərkəzləri fəaliyyətə başlayıb
Bakı, 9 aprel, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sifarişi ilə icra olunan layihələr əsasında 30 şəhər və rayonda günərzi qayğı mərkəzləri fəaliyyətə başlayıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Gəncə, Mingəçevir, Şəmkir, Ağsu, Ağdaş, Astara, Ağdam, Beyləqan, Bərdə, Cəlilabad, Göygöl, Goranboy, Xaçmaz, Qax, Qazax, Quba, Lənkəran, Masallı, Naftalan, İsmayıllı, Samux, Sabirabad, Salyan, Şabran, Şirvan, Ucar, Qax, Qazax, Tovuz və Zaqatalada yaradılan günərzi qayğı mərkəzlərində ümumilikdə 900 uşağa xidmət göstəriləcək.
Günərzi mərkəzlərdə xüsusi qayğıya ehtiyacı olan uşaqların, eləcə də 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin korreksiya, abilitasiya, reabilitasiya və sair xidmətlərlə, psixoloji dəstəklə təminatı nəzərdə tutulub.
Habelə onlara sosial inkluziyanın təmin edilməsi, maraq və qabiliyyətləri nəzərə alınaraq müxtəlif dərnəklər vasitəsilə özünəxidmət qabiliyyətlərinin artırılması və təxəyyüllərinin inkişaf etdirilməsi üçün xidmətlər göstəriləcək.
Həmin layihələr azyaşlıların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması, çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədi daşıyır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [20:11]
® Peşəkar fəaliyyəti və zəngin təcrübəsi ilə seçilən həkim
- 15.10.2026 [20:01]
Gürcüstanda müəllim də, valideyn də vahid məktəbli formasından razıdır
- 15.10.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 15.10.2026 [19:59]
Qax Rayon Ağsaqqallar Şurasının hesabat-seçki yığıncağı keçirilib
- 15.10.2026 [18:42]