“Öz məşəlini alovlandır!”
“Eurovision-2012” marafonu Qəbələdə
Qəbələ, 17 may (AZƏRTAC). “Step İn” gənclərin təşəbbüs qrupunun nümayəndələri “Eurovision marafonu” layihəsi çərçivəsində mahnı müsabiqəsinə dəstək məqsədi ilə Qəbələ rayonunda olmuşlar.
AZƏRTAC xəbər verir ki, xüsusi avtobusla Qəbələyə gələn qonaqları rayon icra hakimiyyəti başçısının müavinləri, rayon gənclər və idman idarəsinin rəisi qarşılamışlar. Rayon rəhbərliyi gəncləri salamlayaraq tədbirin keçirilməsinin məqsəd və əhəmiyyətindən söz açmış, Azərbaycan gənclərinin beynəlxalq mahnı yarışmasında ölkəmizi dəstəkləmək üçün səfərbər olmalarının vacibliyini qeyd etmişdir.
Daha sonra Heydər Əliyev parkında təşviqatçı gənclər Qəbələ gəncləri ilə bir araya gəlmişlər. Tədbirə 600-dən çox yerli gənc qatılmışdır. Marafon iştirakçıları “Eurovision” mahnı müsabiqəsi ilə bağlı müxtəlif suallarını Qəbələ gənclərinə ünvanlamış, doğru cavab verənlər müxtəlif hədiyyələrlə mükafatlandırılmışlar.
“Step İn” gənclərin təşəbbüs qrupunun koordinatoru Seymur Hüseynov artıq 4 rayonda olduqlarını və gənclərlə görüşdən məmnun qaldıqlarını qeyd etmişdir. Sonra “Öz məşəlini alovlandır!” şüarı altında qəbələli gənclər də rəmzi estafet məşəlini bir-birlərinə ötürməklə “Eurovision-2012” mahnı müsabiqəsinə dəstək olduqlarını nümayiş etdirmişlər.
Tədbir üzərində “Eurovision-2012” mahnı müsabiqəsinin simvolları əks olunan rəngli şarların havaya buraxılması və musiqi sədaları altında atəşfəşanlıqla başa çatmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.06.2026 [13:48]
Ekspert: Azərbaycan turizm sənayesi yay mövsümünə hazırdır
- 04.06.2026 [12:20]
İnanc yeri, turizm məkanı - Əshabi-Kəhf VİDEO
- 04.06.2026 [11:28]
Azərbaycanın turizm imkanları Çində beynəlxalq tədbir çərçivəsində tanıdılıb
- 03.06.2026 [17:37]
Turizm eksperti: Son illərdə Azərbaycana turist marağı durmadan artır
- 29.05.2026 [15:58]
Çində Azərbaycanın turizm nümayəndəliyi açılıb VİDEO
- 23.05.2026 [13:35]
Bakı–Tbilisi qatarının bərpası turizm sektorunu canlandıracaq
- 20.05.2026 [16:38]
Azərbaycanın qastroturizm imkanları beynəlxalq sərgidə təqdim olunub
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]