“Öz məşəlini alovlandır!”
Gəncədəki mehmanxanalar “Eurovision - 2012” mahnı müsabiqəsinə hazırlaşırlar
Gəncə, 1 may (AZƏRTAC). Gəncədəki mehmanxanalar Azərbaycanda keçiriləcək “Eurovision - 2012” mahnı müsabiqəsi ərəfəsində bu şəhərə gələcək xarici turistlərə yüksək səviyyədə xidmət göstərmək məqsədilə hazırlıq işlərinə başlamışlar.
Gəncə Regional Turizm İnformasiya Mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, artıq mehmanxanalarda xarici dilləri bilən çoxlu sayda işçi qəbul edilmiş və onlar xüsusi kurslarda məşğələlər keçmişlər. Bundan əlavə, hər bir mehmanxana işçisi Azərbaycan, eləcə də Gəncə haqqında məlumatlarla bağlı müsabiqələrdən keçmişdir.
Mərkəzdən onu da bildirmişlər ki, son üç ayda Gəncəyə 5 min 265 turist gəlmişdir. Onlardan 1.292 nəfəri xarici vətəndaş olmuşdur. Bütün bunlar isə onu göstərir ki, xarici turistlər arasında Azərbaycanın ikinci mədəniyyət mərkəzi olan qədim Nizami yurduna maraq gündən-günə artır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [13:01]
Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
- 16.09.2026 [18:28]
Ekspert: Mövsümlə bağlı turistlərin isti iqlimli ölkələrə marağı artır
- 15.09.2026 [18:41]