Özbəkistan-ABŞ-Əfqanıstan-Pakistan dördtərəfli formatı yaradılıb
Daşkənd, 17 iyul, АZƏRTAC
Daşkənddə keçirilən “Mərkəzi və Cənubi Asiya: regional qarşılıqlı əlaqə. Çağırışlar və imkanlar” adlı beynəlxalq konfrans çərçivəsində Özbəkistan, Amerika Birləşmiş Ştatları, Əfqanıstan və Pakistan Əfqanıstanda sülh prosesinə dəstək vermək üçün yeni dördtərəfli format yaradıblar.
AZƏRTAC Özbəkistan Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, tərəflər Əfqanıstanda və regionda dayanıqlı sülhün və sabitliyin təmin olunması üçün regionda qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsinin mühüm amil olduğunu bildiriblər. Bölgədə sülhün və regional əməkdaşlığın gücləndirilməsi qarşılıqlı olaraq bir-birini tamamlayır.
Səmərəli beynəlxalq ticarət marşrutlarının inkişaf imkanlarını əsas tutaraq, dialoq iştirakçıları ticarətin genişləndirilməsi, tranzit marşrutların yaradılması və işgüzar əlaqələrin möhkəmləndirilməsi üçün əməkdaşlığın intensivləşəcəyinə ümid etdiklərini bildiriblər.
Tərəflər qarşılıqlı konsensus əsasında əməkdaşlığın şərtlərini müəyyənləşdirmək üçün yaxın aylarda yenidən görüşmək qərarına gəliblər.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [18:23]
Çexiyada Senata seçkilərin ikinci turu keçirilir
- 16.10.2026 [18:19]
Efiopiyada Tiqray bölgəsinə altı aylıq keçid administrasiyası yaradılıb
- 16.10.2026 [17:04]
İtaliya və İspaniya sərhəd yoxlamalarını ləğv etməyə hazırlaşır
- 16.10.2026 [17:00]