ÖZBƏKİSTAN PREZİDENTİ ŞƏT-Ə ÜZV OLAN ÖLKƏLƏRİ TERRORİZMLƏ MÜBARİZƏYƏ ÇAĞIRMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbirinin verdiyi xəbərə görə, Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Regional antiterror qurumu icraiyyə komitəsinin Daşkənddəki yeni binasının açılışı zamanı Özbəkistan Prezidenti İslam Kərimov demişdir ki, terrorizmlə sözdə yox, işdə son dərəcə qətiyyətlə mübarizə aparmaq lazımdır. ŞƏT-in üzvləri bütün səylərini birləşdirməli, bir-biri ilə sıx əlaqə saxlamalı, terrorizm əleyhinə mübarizədə bütün imkanlardan maksimum istifadə etməlidirlər. Bu sahədə informasiya mübadiləsinin aparılmasının xüsusi əhəmiyyəti vardır.
Regional antiterror strukturunun əsas vəzifəsi ŞƏT-in üzvü olan dövlətlərin nümayəndələri üçün informasiya toplamaqdır. Bütün sahələrdə olduğu kimi, terrorizmlə mübarizədə də hər bir dövlət öz siyasətini yeridir. Lakin müsbət nəticəyə nail olmaq üçün sıx qarşılıqlı fəaliyyət göstərmək vacibdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [21:54]
Hörmüz boğazı yaxınlığında gün ərzində ikinci gəmi vurulub
- 21.09.2026 [19:23]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]