Pakistan Azərbaycanla korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlıq memorandumu imzalamağa hazırdır VİDEO
Bakı, 20 may, AZƏRTAC
Korrupsiyaya qarşı mübarizədə beynəlxalq əməkdaşlıq olduqca zəruridir. Pakistan Azərbaycanla bu sahədə əməkdaşlıq memorandumu imzalamağa hazırdır.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Bakıda keçirilən BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin Korrupsiyaya qarşı Mübarizə üzrə Hüquq-Mühafizə Orqanlarının Qlobal Əməliyyat Şəbəkəsinin (GLOBE Şəbəkəsi) 6-cı Plenar iclasının iştirakçısı, Pakistanın Milli Hesabatlıq Bürosunun nümayəndəsi Sohail Nəsir deyib.
Nümayəndə memorandum çərçivəsində iki ölkənin birlikdə layihə, seminar və konfranslar təşkil edə biləcəyini vurğulayıb.
Sohail Nəsir Plenar iclasın təşkilinə görə ölkəsi adından Azərbaycana təşəkkürünü bildirib.