PAKİSTAN İSLAM RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB PƏRVİZ MÜŞƏRRƏFƏ
Ölkənizin milli bayramı – Pakistan günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Biz Azərbaycan-Pakistan münasibətlərinə böyük əhəmiyyət veririk. Əminəm ki, xalqlarımızın məram və istəyinə uyğun olaraq, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin hərtərəfli inkişafı üçün qarşılıqlı səylərimizi bundan sonra da davam etdirəcəyik.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Pakistan xalqına xoşbəxtlik və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 10 mart 2004-cü il.