Pakistan milli nüvə proqramında güzəştə getməyəcək
Bakı, 17 mart, AZƏRTAC
Pakistan ölkənin təhlükəsizliyini təmin edən milli nüvə proqramında heç bir güzəştə getməyəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Pakistan Baş nazirinin dəftərxanası məlumat yayıb.
Sənəddə deyilir ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin Baş direktoru Rafael Qrossinin atom enerjisinin dinc məqsədlər üçün istifadəsi və nüvə təhlükəsizliyi məsələsini müzakirə etmək üçün fevral ayında İslamabada səfəri bəzi KİV şərhlərində və bəyanatlarda neqativ fonda işıqlandırılır və bunun həqiqətlə heç bir əlaqəsi yoxdur.
Pakistanın maliyyə və gəlirlər naziri İshaq Dar da parlamentin yuxarı palatasında çıxışı zamanı bildirib ki, Beynəlxalq Valyuta Fondunun (BVF) nüvə silahı məsələsində İslamabadın güzəştə getməsi şərti ilə ölkəyə maliyyə yardımı ayıracağı barədə iddialar həqiqəti əks etdirmir.
“Heç kəs raketlərinin mənzili və ölkənin hansı nüvə silahına malik olması barədə Pakistana göstəriş verə bilməz”, - deyə nazir qeyd edib. Onun sözlərinə görə, BVF ilə saziş imzalanan kimi onun mətni dərc olunacaq və ictimaiyyətdən heç nə gizlədilməyəcək.
Xatırladaq ki, Pakistanla BVF arasında 1,1 milyard dollarlıq növbəti tranş barədə danışıqlar yanvar ayının sonlarından davam edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [14:13]
Yaponiyada qida istehlakı vergisi azaldır
- 09.10.2026 [14:01]
Üçüncü rübdə qızıla qlobal investisiyalar rekord həddə çatıb
- 09.10.2026 [13:45]
Malayziyada toz dumanı səbəbindən məktəblər bağlanır
- 09.10.2026 [12:44]
Finlandiya vətəndaşlıq testi tətbiq edir
- 09.10.2026 [12:05]
Rusiyanın Kaluqa vilayətində dron hücumu nəticəsində 9 nəfər yaralanıb
- 09.10.2026 [11:36]