Pakistan ordusu yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib
Bakı, 18 yanvar, AZƏRTAC
Pakistan Silahlı Qüvvələri fövqəladə döyüş hazırlığı vəziyyətinə gətirilib və İranın istənilən “avantürasına” qətiyyətlə cavab verəcək.
AZƏRTAC xəbər verir ki, Reuters agentliyi bu barədə Pakistanın təhlükəsizlik qüvvələrindəki mənbəyinə istinadla məlumat yayıb.
Bir müddət öncə Pakistan Xarici İşlər Nazirliyi antiterror əməliyyatının keçirildiyini və əməliyyat zamanı İranın Sistan və Bəlucistan əyalətində terrorçuların sığınacaqlarına zərbələr endirildiyini elan edib.
Regionun hakimiyyət orqanlarının məlumatına görə, Pakistan ordusunun zərbələri nəticəsində doqquz nəfər, o cümlədən üç qadın və dörd uşaq həlak olub.
Qeyd edək ki, bundan öncə İran Pakistan ərazisinə raket zərbəsi endirmişdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [21:06]
Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb
- 09.10.2026 [19:31]
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib
- 09.10.2026 [19:22]
İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib
- 09.10.2026 [18:37]
Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib
- 09.10.2026 [17:57]
Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib
- 09.10.2026 [17:29]