Pakistanda Azərbaycanın sülhün təmin olunmasına yönəlmiş siyasəti barədə danışılıb
Bakı, 14 noyabr, AZƏRTAC
Pakistanın İslamabad şəhərində parlamentlərarası konfrans keçirilib.
Bu barədə AZƏRTAC-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, konfransda Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov iştirak edib.
Tədbirdə “Sülh, təhlükəsizlik və inkişaf” mövzusunda müzakirələr aparılıb.
Konfransda çıxışı zamanı Əli Əhmədov Azərbaycanın sülhün, təhlükəsizliyin və regional sabitliyin təmin olunmasına yönəlmiş siyasəti barədə danışıb. O, çıxışında Azərbaycan-Pakistan qardaşlıq münasibətlərinin xüsusi önəmini qeyd edib.
Tədbirin sonunda iştirakçı ölkələr tərəfindən İslamabad Kommünikesi qəbul olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [11:33]
XİN beynəlxalq təhlükəsizlik mühitində artan risklərlə bağlı bəyanat yayıb
- 08.06.2026 [23:27]
Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb
- 08.06.2026 [17:08]