Pakistanda terror aktı nəticəsində 34 nəfər həlak olub
Bakı, 29 sentyabr, AZƏRTAC
Pakistanın Bəlucistan əyalətində yerləşən məscidlərin birinin yaxınlığında Mövlud Qəndili keçirmək üçün toplaşmış insanların arasında partlayış törədilib.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, partlayış nəticəsində biri polis olmaqla ən azı 34 nəfər ölüb, 130-dan çox insan isə müxtəlif dərəcəli xəsarətlər alıb. Bəzi mənbələr isə ölənlərin sayının 50-yə çatdığı barədə məlumat yayıb.
Hazırda hadisənin baş verdiyi ərazidə axtarış-xilasetmə və təcili tibbi yardım xidmətlərinin əməkdaşları çalışır.
Hələ ki, ölkədə fəaliyyət göstərən heç bir qruplaşma hücumun məsuliyyətini üzərinə götürməyib. Eyni zamanda, “Təhrik-e Taliban” qruplaşması partlayışla bağlı əlaqəsinin olmadığını bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [17:56]
Almaniyada siyasi motivli cinayətlərin sayı ən yüksək səviyyəyə çatıb
- 09.06.2026 [17:26]
ABŞ Federal məhkəməsi H-1B vizaları üçün yüz min dollarlıq rüsumu ləğv edib
- 09.06.2026 [17:22]
Apple “Siri”nin süni intellekt əsaslı yeni versiyasını təqdim edib
- 09.06.2026 [16:33]
Nigeriyada vəbadan ölənlərin sayı 74-ə çatıb
- 09.06.2026 [16:21]
Macyar və Orbanın gəlir bəyannamələri: yeni Baş nazir daha varlıdır
- 09.06.2026 [15:45]
Rusiyaya qarşı 21-ci sanksiyalar paketi: banklar və tankerlər hədəfdədir
- 09.06.2026 [15:44]