PAKİSTANDA ZƏLZƏLƏDƏN İKİ AY SONRA BİR QADIN XİLAS EDİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Frans Press Agentliyinin yaydığı məlumata görə, huşsuz halda olan qadın Müzəffərabad şəhərinin hospitalına aparılmışdır. Xəstəxananın həkimi demişdir ki, bu qadın oktyabrın 8-dən, zəlzələnin baş verdiyi gündən evinin uçuqları altında qalmışdır. Hazırda o, intensiv müalicə edilir. Onun indiyədək sağ qalması əsil möcüzədir və insan orqanizmin potensialını bir daha sübut edir.
Qadını tapan yerli sakinlərin dediklərinə görə, onun yanında bir az yemək olmuşdur. Görünür, o, yağış suyundan istifadə etmişdir.
Xatırladaq ki, Asiyada Rixter cədvəli ilə 7,6 bal gücündə zəlzələ nəticəsində 73 mindən çox insan həlak olmuşdur. YUNİSEF-in məlumatına görə, həlak olanların 17 min nəfəri uşaqlardır. Pakistan və Hindistanda 3,3 milyon insan evsiz-eşiksiz qalmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [18:41]
Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir
- 07.10.2026 [17:46]
Yəməndə köçkünlərin sayı 200 mini keçib
- 07.10.2026 [17:37]
Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb
- 07.10.2026 [16:24]