Pakistanlı müşahidəçi: Bu seçkilər Azərbaycanın daha çox inkişafına töhfəsini verəcək
Bakı, 8 fevral, AZƏRTAC
Düşünürəm ki, bu prezident seçkiləri Azərbaycanın daha çox irəliləməsinə, inkişafına və bu prosesin davamlı olmasına öz töhfəsini verəcək.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində aparılan monitorinqin nəticələrinə dair mətbuat konfransında İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏT PA) pakistanlı müşahidəçisi Salma Joveria söyləyib.
O bildirib: “Biz Pakistan, Pakistanın Milli Assambleyası olaraq müxtəlif əməkdaşlıq variantlarını bir daha nəzərdən keçirməyə və birgə arzularımızı reallığa çevirməyə hazırıq. Bir daha vurğulamaq istəyirəm və ümid edirəm ki, bu əlaqələri daha da genişləndirməklə, buraya birgə inkişafla bağlı digər əməkdaşlıq sahələrini əlavə etməklə ölkələrimiz regionda sülhə və əmin-amanlığa öz töhfəsini verəcək, eyni zamanda, aparıcı rol oynaya biləcək”.
Salma Joveria dünən seçki məntəqələrində insanların çox sevincli və gülərüz olduqlarını, Pakistana çox yaxşı münasibət bəslədiklərini, “siz qardaşsınız” dediklərini də vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [11:33]
XİN beynəlxalq təhlükəsizlik mühitində artan risklərlə bağlı bəyanat yayıb
- 08.06.2026 [23:27]
Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb
- 08.06.2026 [17:08]