Panamada Darien Gap adasını keçən on miqrant boğulub
Bakı, 25 iyul, AZƏRTAC
On sənədsiz miqrant Panamada Darien Gap adasını keçməyə cəhd edərkən boğulub.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, bu barədə Milli Sərhəd Xidməti məlumat verib. Bildirilib ki, bu ərazi miqrantlar üçün olduqca təhlükəlidir. Cəngəllik və palçıqlı yolların olması onlar üçün riskli vəziyyət yaradır.
Panama səlahiyyətliləri miqrantlara yaradılmış alternativ humanitar dəhliz vasitəsilə miqrasiyanı həyata keçirməyi tövsiyə edib.
Panama Milli Miqrasiya Xidmətinin məlumatına görə, 216 mindən çox miqrant bu il ərzində Mərkəzi Amerika və Meksikanı keçərək ABŞ-a çatmaq üçün təhlükəli səyahət edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [15:09]
Tramp və Zelenski Parisdə görüşüblər
- 16.06.2026 [15:04]
Türkiyədə ilk dəfə 8 istiqamətli çarpaz qaraciyər əməliyyatı icra olunub
- 16.06.2026 [14:51]
Vyetnam 2030-cu ilə qədər yeddi yeni hava limanı inşa edəcək
- 16.06.2026 [14:25]
Yaponiya ekstremal istilərə hazırlaşır
- 16.06.2026 [13:55]