Papa Fransisk səhhətində yaxşıya doğru irəliləyiş olduğunu deyib
Vatikan, 6 dekabr, AZƏRTAC
Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk səhhətindəki problemin hələ də davam etdiyini, ancaq özünü daha yaxşı hiss etdiyini bildirib.
AZƏRTAC xəbər verir ki, Papa Fransisk səhhətində yaxşıya doğru irəliləyiş olduğunu da əlavə edib.
“Əziz bacılar və qardaşlar, bu gün də sizə müraciətimin başqası tərəfindən oxunmasını istədim. Çünki hələ də səhhətimdəki problemlə mübarizə aparıram. Özümü yaxşı hiss edirəm, lakin hələ də daha çox danışmaqda çətinlik çəkirəm”, - deyə pontifik vurğulayıb.
Ağciyər iltihabından əziyyət çəkən 86 yaşlı Papa Fransisk səhhətindəki problemlə əlaqədar Dubayda keçirilən BMT-nin COP28 iqlim sammitində iştirak etməyib. O, həmçinin ənənəvi “Angelus” duasını ardıcıl iki dəfə iqamətgahının Müqəddəs Pyotr meydanına baxan pəncərəsindən deyil, ofisində videobağlantı vasitəsilə edib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Vatikan
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [19:12]
Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək
- 06.10.2026 [18:15]
Rusiyanın neft və qaz gəlirləri azalıb
- 06.10.2026 [17:58]
ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir
- 06.10.2026 [17:47]
Macarıstanda büdcə kəsirinin artımı zəifləyib
- 06.10.2026 [17:42]
Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır
- 06.10.2026 [17:36]