Paralimpiya Oyunlarının bağlanış mərasimində Makronu fitə basıblar
Bakı, 9 sentyabr, AZƏRTAC
Parisdə Paralimpiya Oyunlarının bağlanış mərasimində iştirak edənlər Fransa Prezidenti Emmanuel Makronu fitə basıblar. Bu barədə “CNEWS” telekanalı bildirib.
AZƏRTAC xəbər verir ki, tribunada Paralimpiya Komitəsinin rəhbəri Endryu Parsonsun yanında dayanan Makronun şəkli stadionun böyük ekranlarında yayımlanmağa başlayan vaxt ictimaiyyət bənzər reaksiya verib. Qeyd olunur ki, bu mərasimdə çıxış edən Fransa komandası, könüllülər qrupu və Fransanın Olimpiya Oyunlarının Təşkilat Komitəsinin rəhbəri belə fitlərlə və bəyənilməz səs-küylə qarşılanmayıb.
Telekanal qeyd edir ki, analoji ictimai reaksiya Prezidenti təəccübləndirib. Bu, ölkənin daxili siyasi səhnəsindəki mürəkkəb vəziyyətlə əlaqələndirilir. Hökumətin istefasından təxminən iki ay sonra təyin edilən yeni Baş nazir Mişel Barnye də dövlət başçısının arxasındakı tribunada olub. Onun təyinatı bütün ölkədə solçu partiyaların tərəfdarlarının kütləvi etirazına səbəb olub. Onlar Barnyenin yerinə sol qüvvələrin nümayəndəsinin təyin olunmasını tələb ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [18:37]
Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb
- 06.10.2026 [18:29]
Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək
- 06.10.2026 [18:09]
Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib
- 06.10.2026 [15:14]
“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər
- 06.10.2026 [14:44]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal görüşünə çıxacaq VİDEO
- 06.10.2026 [14:20]
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb
- 06.10.2026 [13:20]