PARAQVAY FUTBOL FEDERASİYASI BİLET ALVERİNDƏ TƏQSİRLƏNDİRİLİR
Dünya çempionatının iştirakçısı olan ölkələrdən hər birinə müəyyən miqdarda bilet verilir. Bu biletlər onların komandalarının azarkeşlərinə satılmalı, yaxud FİFA-ya qaytarılmalıdır. Paraqvay-İngiltərə görüşü üçün cənubi amerikalılar 3300 bilet almışdılar.
FİFA-nın baş katibi Urs Linsi bildirmişdir ki, bu hadisənin araşdırılması “Ernst və Yanq” müstəqil auditor şirkətinə həvalə ediləcəkdir. 2006-cı il dünya çempionatının oyunları üçün biletlərin milli federasiyalara satılması özlüyündə qanunsuz haldır. Həm də ona görə ki, bu, çempionatın Təşkilat Komitəsinin oyunların keçirildiyi stadionlara giriş sənədlərinin yayılması sahəsində fəaliyyətini boşa çıxara bilər.
Hər bir biletdə onun sahibinin soyadı və pasport qeydləri yazılmalıdır. Bu tədbir futbol xuliqanlarının stadionlara keçməsinin qarşısını almalı, habelə möhtəkirlərin fəaliyyətinə zərbə endirməlidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [19:30]
Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir
- 02.10.2026 [18:38]
"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib
- 02.10.2026 [18:32]
“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib
- 02.10.2026 [16:47]
“Sabah”ın futbolçusu Azərbaycanın U-20 millisinin heyətindən çıxarılıb
- 02.10.2026 [16:09]
Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
- 02.10.2026 [16:02]
Renat Dadaşov Litva ilə matçda oynaya bilər
- 02.10.2026 [15:18]