“Paris-2024”: Azərbaycan boksçusu bürünc medalı təmin edib
Paris, 1 avqust, Elnur Salahov, AZƏRTAC
Azərbaycan boksçusu Alfonso Dominges "Paris-2024" Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.
AZƏRTAC xəbər verir ki, 92 kiloqramda yer alan idmançı 1/4 finalda qazaxıstanlı Aybek Oralbayla üz-üzə gəlib.
Rəqibini məğlub edən idmançımız yarımfinala vəsiqə qazanıb. O, bununla həm də bürünc medalı təmin edib.