“Paris-2024”: Azərbaycan üzgüçüsü çıxışını başa vurub
Paris, 30 iyul, Elnur Salahov, AZƏRTAC
Azərbaycan üzgüçüsü Ramil Vəlizadə “Paris-2024” Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
AZƏRTAC xəbər verir ki, 200 metr məsafəyə batterflay üsulu ilə üzmə yarışında qüvvəsini sınayan idmançı təsnifat mərhələsində mübarizə aparıb.
Finişə 1 dəqiqə 59,77 saniyəyə çatan üzgüçü birinci qrupda dörd iştirakçı arasında 2-ci yeri tutub.
Ümumi sıralamada 25-ci olan R.Vəlizadə yarımfinala vəsiqə qazana bilməyib.