“Paris-2024”: Hacı Əliyev 1/4 finalda uduzub
Bakı, 10 avqust, AZƏRTAC
Azərbaycanın daha bir sərbəst güləşçisi “Paris-2024” Yay Olimpiya Oyunlarında 1/4 final görüşünə çıxıb.
AZƏRTAC xəbər verir ki, 65 kiloqram çəki dərəcəsində çıxış edən Hacı Əliyev bu mərhələdə Macarıstan təmsilçisi İsmail Muszukayevlə qarşılaşıb. O, rəqibinə 3:10 hesabı ilə uduzub. Rəqib finala vəsiqə qazansa, idmançımız bürünc medal uğrunda görüşə qatılmaq şansı əldə edəcək.
Bu gün, həmçinin digər sərbəst güləşçi Maqomedxan Maqomedov (97 kiloqram) yarımfinala vəsiqə qazanıb.
Qeyd edək ki, hazırda Azərbaycanın aktivində 5 medal var. Cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, taekvondoçu Qaşım Maqomedov (58 kiloqram) və boksçu Alfonso Dominqes (92 kiloqram) gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kiloqram) isə bürünc medala layiq görülüblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [12:49]
AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib
- 07.10.2026 [12:39]
Türkiyə klubu Karlos Teveslə maraqlanır
- 07.10.2026 [11:20]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir
- 07.10.2026 [11:19]
Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub
- 07.10.2026 [10:57]
Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır
- 07.10.2026 [10:40]
Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib
- 07.10.2026 [10:24]