“Paris-2024”: Mariya Stadnik 1/4 finalda uduzub
Paris, 6 avqust, Elnur Salahov, AZƏRTAC
Azərbaycanın qadın güləşçisi Mariya Stadnik “Paris-2024” Yay Olimpiya Oyunlarında 1/4 final görüşünə çıxıb.
AZƏRTAC xəbər verir ki, 50 kiloqram çəki dərəcəsində çıxış edən dördqat olimpiya mükafatçısının budəfəki rəqibi monqolustanlı Otqonjarqal Dolqoryav olub.
Görüş 4:4 hesabı ilə başa çatsa da, rəqib sonuncu xal prinsipinə əsasən qələbə qazanıb. Dolqoryav finala çıxsa, güləşçimiz bürünc medal uğrunda təsəlliverici görüşlərə qatılacaq.
Qeyd edək ki, hazırda Azərbaycanın aktivində üç medal var. Cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, boksçu Alfonso Dominqes (92 kiloqram) isə finala vəsiqə qazanmaqla ən azı gümüş mükafatı təmin edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [15:50]
AFFA nümayəndəsi UEFA-dan təyinat alıb
- 07.10.2026 [15:32]
Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb
- 07.10.2026 [14:57]
Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər
- 07.10.2026 [14:46]
FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib
- 07.10.2026 [14:08]
“Səbail” legioner futbolçu transfer edib
- 07.10.2026 [12:49]
AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib
- 07.10.2026 [12:39]