Paris Paralimpiadasının bağlanış mərasimi keçirilib
Bakı, 8 sentyabr, AZƏRTAC
Fransanın paytaxtı Paris şəhərində Yay Paralimpiya Oyunlarının bağlanış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, “Stad de Frans” stadionunda təşkil edilən tədbirdə səhnəyə əvvəlcə iştirakçı ölkələrin nümayəndə heyətləri daxil olublar.
Ölkələrin rəsmi paradında Azərbaycan Bayrağını Olimpiadanın qızıl mükafatçıları olan paraatletlər Lamiyə Vəliyeva və Səid Nəcəfzadə dalğalandırıblar.
Qeyd edək ki, “Paris-2024” Yay Paralimpiya Oyunlarında 7 idman növü üzrə 18 idmançı ilə təmsil olunan Azərbaycan 4 qızıl, 2 gümüş və 5 bürünc olmaqla ümumilikdə 11 medal qazanıb. Ölkəmiz medal sıralamasında 169 ölkə arasında 28-ci yeri tutub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [18:37]
Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb
- 06.10.2026 [18:29]
Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək
- 06.10.2026 [18:09]
Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib
- 06.10.2026 [17:49]