Parisdə keçirilən tədbirdə Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilib
Paris, 10 mart, AZƏRTAC
Parisdə “İstedadlı sənətkar qadınlar gecəsi” adlı mədəni tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Parisin 8-ci rayonundakı “La maison de la vie assosiastive et citoyenne” mədəniyyət evində istedadlı qadın sənətkarlara həsr edilmiş tədbirdə azərbaycanlı pianoçu Səidə Zülfüqarova Fikrət Əmirov, Arif Məlikov, Ədilə Hüseynzadənin əsərlərini ifa edib.
Parisin istedadlı musiqiçiləri, rəqqasları, teatr aktyorları və rəssamlarının qatıldığı tədbirdə Azərbaycan şairəsi Məhsəti Gəncəvinin şeirləri səsləndirilib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris