Parisdə onlarla evsiz ailə şəhərin 18-ci rayonunun meriyası qarşısında etiraz edir
Paris, 25 iyul, AZƏRTAC
Paris Olimpiya Oyunlarının açılış mərasiminə iki gün qalmış paytaxtın 18-ci dairəsinin bələdiyyə binası qarşısında daha bir paytaxt reallığı nümayiş olunur.
AZƏRTAC xəbər verir ki, onlarla evsiz ailə ağır vəziyyətlərinə etiraz olaraq 18-ci rayonun meriyasının qarşısına toplaşıb. Bəziləri gecəni də meriyanın qarşısındakı küçədə keçirir.
Təqribən 300 insan bu acınacaqlı vəziyyətə dözmədiklərini bildirir.
Etiraz edənlər dövlət orqanlarına etiraz etmək üçün bir araya gəlmiş Afrika əsilli miqrantlardır. Onlar getdikcə daha ağır yoxsulluq səviyyəsinə düşmələrinin səbəblərindən birinin Olimpiya Oyunları olduğunu deyirlər. Assosiasiyaların fikrincə, evsizlər üçün ayrılmış 3000 yerin Oyunlara gələn turistlərə kirayə verilməsi vəziyyəti daha da ağırlaşdırıb.
Etirazçılardan bəziləri xəstəxanalardan yarımçıq çıxarıldıqlarını bildiriblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [16:27]
Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər
- 23.09.2026 [16:01]
Qazaxıstan mərciməyi Azərbaycandan keçməklə Hindistana göndərib
- 23.09.2026 [15:47]
Qəzzanın bərpası üçün 2,45 milyard dollarlıq plan hazırlanıb
- 23.09.2026 [15:37]
İstanbulun minillik şahidi – Dikilitaş VİDEO
- 23.09.2026 [15:12]
Papa XIV Leonun səfərinin maliyyələşdirilməsi Fransada problemə çevrilib
- 23.09.2026 [15:01]