PARLAMENT SEÇKİLƏRİNDƏ İLK DƏFƏ İŞTİRAK EDƏCƏK TƏLƏBƏLƏRLƏ GÖRÜŞ
Bakının Səbail Rayon Gənclər, İdman və Turizm İdarəsi və ADPU Tələbə-Gənclər Təşkilatı tərəfindən təşkil edilmiş tədbirdə universitetin prorektoru, professor Rafiq Baxşəliyev Prezident İlham Əliyevin seçkilərlə bağlı imzaladığı sənədlərin əhəmiyyətindən danışmış, ölkəmizdə parlament seçkilərinin demokratik və tam şəffaf şəraitdə keçiriləcəyinə əmin olduğunu bildirmişdir.
Rayon gənclər, idman və turizm idarəsinin rəisi Vüqar Mürsəlov və digər natiqlər ölkəmizdə həyata keçirilən islahatların uğurlu nəticələrindən söz açmış, xalqımızın işıqlı sabahı naminə mövcud siyasi xəttin davam etdirilməsinin vacibliyini vurğulamış, gəncləri parlament seçkilərində fəal iştirak etməyə çağırmışlar.
Sonra 29 saylı Səbail seçki dairəsinin və Gənc Hüquqşünaslar Birliyinin nümayəndələri parlament seçkiləri ilə bağlı tələbələri maraqlandıran suallara cavab vermişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]