PARLAMENT SEÇKİLƏRİNDƏ VƏTƏNDAŞ FƏALLIĞINA DƏSTƏK
AZƏRTAC-ın müxbiri xəbər verir ki, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin maliyyələşdirdiyi Seçki Sistemləri üzrə Beynəlxalq Fond (IFES) respublikamızın 8 bölgəsində seçicilərin maarifləndirilməsi proqramını həyata keçirir. 50-yə yaxın təlimçi tərəfindən 24 mikrolayihə gerçəkləşdirilmişdir ki, bunun da 4-ü Bərdə və Ağdam rayonlarını əhatə etmişdir. Təlimlərdə seçicilər seçki hüquqları, seçici siyahıları, seçki sənədləri, seçki komissiyaları, dairə və məntəqələrin təşkili, deputatların hüquq və vəzifələri ilə tanış olmuşlar. Proqramdan əsas məqsəd seçicilərin bilik və məlumatlarını artırmaq, onları maarifləndirmək, seçkilərdə fəal iştirakını təmin etməkdir. 300-ə yaxın seçici bu təlimlərdə iştirak edir.