PARTLAYICI OYUNCAQLAR TİCARƏT OBYEKTLƏRİNDƏN MÜSADİRƏ EDİLMİŞDİR
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, İctimai Təhlükəsizlik Baş İdarəsinin əməkdaşları Nərimanov, Yasamal, Binəqədi rayonları ərazisindəki ticarət obyektlərindən 5.330 ədəd, Binəqədi Rayon Polis Şöbəsi 4-cü bölməsinin əməkdaşları isə “Pak-market” mağazasından 188 ədəd yüksək səsyayma qabiliyyətinə malik partlayıcı oyuncaq aşkar edərək götürmüşlər.
Faktlarla bağlı araşdırma aparılır.