PAYIZLIQ KARTOF YIĞILIR
Son illər Kürdəmir rayonunda kartofçuluq nəzərəçarpacaq dərəcədə inkişaf edir. Torpaq mülkiyyətçiləri böyük tələbat olan və xeyli gəlir gətirən bu məhsulun istehsalına dərin maraq göstərirlər.
AZƏRTAC xəbər verir ki, bu il bölgədə kartof əkini sahələri 1211 hektara çatdırılmış, 14 min 916 ton məhsul yığılmışdır. Kürqırağı ərazilərdəki kəndlərdə sakinlər ildə iki dəfə məhsul götürürlər. Hazırda həmin ərazilərdə payızlıq kartof yığılır. Mütəxəssislərin qənaətinə görə, rayon üzrə azı 200 ton payızlıq məhsul yığılacağı gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [20:03]
Milli Xalça Muzeyində “Tarixə toxunuş” sərgisi açılıb
- 07.10.2026 [17:18]
Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi
- 07.10.2026 [17:07]