Paytaxt ərazisində avtoxuliqanlıq hərəkətləri edən motosiklet sürücüləri həbs olunublar

Bakı, 12 may, AZƏRTAC
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin və Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində paytaxt ərazisində yol hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün real təhlükə yaradan motosiklet sürücüləri-Baba Məlikov, Nicat Şirinov, Şamil Həsənov və Emir Xozin saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sürücülər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə B.Məlikovun və Ş.Həsənovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və onlar 15 gün inzibati qaydada həbs olunub. Bununla yanaşı, N.Şirinov da 15 gün inzibati qaydada həbs edilib, E.Xozin isə cərimə olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.06.2025 [17:57]
Nizami rayonunda quldurluq edən şəxs saxlanılıb
- 20.06.2025 [17:54]
Bakıda Gənclərin Süni İntellekt Forumu keçirilib
- 20.06.2025 [17:32]
Leysan olacaq, dolu düşəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
- 20.06.2025 [17:21]
AQTA-da sahibkarların qəbulu keçiriləcək
- 20.06.2025 [17:14]
1 nömrəli Bakı Tibb Kollecində “Məzun günü” keçirilib
- 20.06.2025 [16:53]
® “Həkimlərimizi tanıyın!”
- 20.06.2025 [16:52]