Paytaxt sakini mərhum atasından qalmış tapançanı və patronları polisə könüllü təhvil verib
Bakı, 1 iyul, AZƏRTAC
Polis əməkdaşları əllərdə qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi məqsədilə növbəti əməliyyat tədbiri keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşları tərəfindən aparılan profilaktiki tədbirlər nəticəsində Bakı şəhər sakini F.Mehdiyeva mərhum atasından qalmış “Makarov” markalı tapançanı və səkkiz patronu könüllü olaraq Xətai Rayon Polis İdarəsinin 35-ci polis bölməsinə təhvil verib.