Paytaxtda keçmiş məhkumun yaşadığı evdən narkotik vasitələr və silah-sursat götürülüb
Bakı, 27 iyun, AZƏRTAC
Daxili işlər orqanlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə və qanunsuz saxlanılan silah-sursata qarşı mübarizə tədbirlərini qətiyyətlə davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş P.Məmmədəliyevin Sabunçu rayonundakı yaşadığı evə baxış zamanı 754,718 qram həşiş qətranı, 241,85 qram heroin, 58,465 qram metamfetamin, 31 metadon həbi, 2 ədəd elektron tərəzi, “Sieger P84-M 1” markalı qaz tapançası, patron darağı və 4 patron aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]