Paytaxtdan şəhərlərarası daşımalar üzrə avtobus parkının 42 faizi yenilənib
Bakı, 9 iyul, AZƏRTAC
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində 2023-2026-cı illər ərzində keçirilən müsabiqələr nəticəsində marşrut xətlərində daha müasir və komfortlu nəqliyyat vasitələri cəlb olunub.
AYNA-dan AZƏRTAC-a bildirilib ki, 2023-cü ildə 92, 2024-cü ildə 106, 2025-ci ildə 241, bu ilin 6 ayında isə 130 marşrut reysi üzrə müsabiqə keçirilib.
Bu dövr ərzində “Neoplan Cityliner”, “King Long”, “Yutong”, “Isuzu”, “JAC Sunray”, Jac Ankai, “Qazel NEXT”, “MAN”, “TEMSA HD 12”, “Hyundai County”, “Golden Dragon”, “Zhonthong” markalı 145 müasir avtobus şəhərlərarası daşımalara cəlb edilib. Bakı şəhərindən ölkənin digər şəhər və rayonlarına şəhərlərarası daşıma üzrə avtobus parkının 42 faizi yenilənib.
Avtobuslardan 24-ü 2023-cü, 38-i 2024-cü, 69-u 2025-ci, 15 ədədi isə 2026-cı ildə istismara buraxılıb.
Eyni zamanda, müsabiqələr nəticəsində Bakı şəhərindən regionlara işləyən avtobusların orta yaşı 18 ildən 12-yə endirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [17:53]
Yeddi ayda sahibkarlara 1191 lisenziya verilib
- 10.08.2026 [17:45]
Azərbaycanda daha bir aqropark yaradılıb
- 10.08.2026 [17:30]
İqtisadiyyata kredit qoyuluşları 12 faizdən çox artıb
- 10.08.2026 [17:24]
Yeddi ayda Bakı Limanında 72 min TEU-dan çox konteyner aşırılıb
- 10.08.2026 [17:19]
Sənaye sektorunda 38,9 milyard manatlıq məhsul istehsal edilib
- 10.08.2026 [17:18]
Paytaxtda 9 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilib
- 10.08.2026 [17:16]