Azərbaycan Dövlət İnformasiya Agentliyi

Pediatr: Vitamin və mineralların qida zəncirində əvəzolunmaz yeri var

Pediatr: Vitamin və mineralların qida zəncirində əvəzolunmaz yeri var

Bakı, 12 may, AZƏRTAC

“İnsan orqanizmi hər gün dəri, əzələ və sümük toxuması sintez edir. Zəngin qırmızı qan yaradaraq, orqan və toxumalar oksigen və qidalı mühitlə təmin olunur. Sinir impulslar vasitəsilə beyinə informasiya göndərərək, orqanların normal funksiyasını həyata keçirir. Orqanizm qida ilə aldığı bütün maddələri tikinti materialı və enerji mənbəyi kimi istifadə edir. Bu proses həyat sürdükcə davam edir”.

AZƏRTAC xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Sanator-Kurort Reabilitasiya Mərkəzinin pediatrı Aynur Adıgözəlova bildirib.

Pediatrın sözlərinə görə, mübadilə prosesi anabolik və katabolik olmaqla iki istiqamətdə gedir. “Anabolik tip mübadilədə daha sadə komponentlər birləşərək, mürəkkəb molekullar yaradır və həmin birləşmələr hüceyrənin tikintisində istifadə olunur. Məsələn, aminturşular birləşərək, zülal yaradır. Katabolik tip mübadilə isə, əksinə, daha mürəkkəb birləşmələrini parçalayaraq, enerji mənbəyi kimi orqanizmi təmin edir. Bu iki reaksiya müştərək işləyir, yəni orqanizm eyni anda həm parçalayır, həm də yenidən yaradır. Bu yenidənqurma işlərində istifadə olunan məhsulların bəziləri orqanizm özündən sərf etsə də, bir qrupunu mütləq şəkildə ətraf mühitdən almalıdır. Uşaqlarda anabolik tip mübadiləsi isə üstünlük təşkil edir. Uşaq orqanizmi dayanmadan yeni birləşmələr yaradır. Boy artımı, beyin inkişafı, hormonal təkamül prosesləri və digər amillər hələ tam formalaşmamış gənc orqanizm üçün dayanmadan tikinti materialı, köməkçi vasitələr, o cümlədən də vitaminləri tələb edir. Bu səbəbdən də, biz uşaqlarda vitamin və mineral balansını qorumağa çalışırıq”, - deyə A.Adıgözəlova vurğulayıb.

Mütəxəssis uşaq orqanizmi üçün faydalı olan vitaminlər barədə də məlumat verib: “Vitaminlər yaşam üçün lazım olan kimyəvi birləşmələrdir. Vitamin və minerallar qida zəncirində əvəzolunmaz yerə sahibdir. Suda və yağda həll olan olmaqla iki qrup vitaminlər var. Suda həll olunanlara C, PP, H və B qrupu vitaminləri, yağda həll olunanlara isə A, K, D və E vitaminləri aiddir. Hər vitamin qrupunun öz əvəzolunmaz rolu var. C vitamini bir çox həyati vacib mübadilə proseslərində iştirak edir və güclü antioksidantdır. Bu vitamin birləşdirici toxuma, kollagen sintezini və qan damar divarının möhkəmliyini təmin edir. Ətraf mühitin əlverişsiz şəraitinə qarşı immun sistemin müqavimətini artırır. B qrupu vitaminləri sinir sisteminin möhkəmlənməsi, mielinizasiyası və maddələr mübadiləsində iştirak edir. Ayrıca B12 vitamini sümük iliyi səviyyəsində qırmızı qan hüceyrələrinin yaranmasında iştirak edən vacib faktordur. D vitamini sümüklərin formalaşmasında və Ca mübadiləsi üçün vacibdir. K vitamini qaraciyərdə sintez olunan laxtalanma amillərinin sintezində iştirak edən əsas vasitəçidir. A vitamini gözün və dərinin formalaşmasında iştirak edir, həmçinin antioksidantdır. Eyni zamanda, bəzi vitaminlər hormonal balansı da tənzimləyir. Bütövlükdə, vitaminlərin orqanizm üçün rolu əvəzsizdir. Minerallarla birlikdə vitaminlər bir çox proseslərin gedişatına təsir göstərir”.

Pediatr uşaqlarda vitamin çatışmazlığının xarici və daxili amillərdən asılı olduğunu deyib: “Xarici amil qida vasitəsilə vitamin təminatının pozulmasıdır. Südəmər dövrdə əlavə qidaların gec başlanması, daha çox karbohidrat və şəkərlə zəngin qidaların qəbulu, ət məhsullarının kasadlığı, qidanın həddən artıq qaynadılması səbəbindən tərkibinin pozulması və digər amillər vitamin çatmamazlığına yol aça bilər. Daxili amillərə isə bu və ya digər səbəbdən vitaminlərin orqanizm tərəfindən düzgün mənimsənilməməsidir. Bu, ya mədə-bağırsaq traktının hər hansı xəstəlikləri və ya hüceyrə səviyyəsində mineral mübadilənin pozulmasıdır. Mədə dibində B12 vitaminin sovrulmasını təmin edən xüsusi maddə sintez olunur. Əgər mədə xorası və ya qastrit varsa, həmin zülalın sintezi azalır. Bu da, B12 vitaminin çatışmazlığına gətirib çıxarır. Bununla belə, B12 vitamininin depolaşmaq xüsusiyyəti var və bu depo ən azı 5 il orqanizmi təmin edəcək. Digər tərəfdən mədə turşuluğunun azalması da bir çox vitaminin sovrulmasını ləngidir. Öd yollarının xəstəliklərində ödün qatılaşması və kifayət qədər sintez olunmaması, qaraciyərin funksiyasının, yağda həll olan vitaminlərin sovrulmasının pozulmasına səbəb olur”.

Aynur Adıgözəlova qeyd edib ki, bəzən yüngül gedişatlı vitamin çatıșmazlığı dəqiq diaqnoz qoymağa müəyyən çətinlik yaradır. “Bu zaman aparıcı sindromu nəzərə alıb, anamnez və laborator müayinələrdən sonra nəticə əldə etmək lazımdır. Məsələn, B12 vitamini qanyaranmada iştirak edir. Əgər uşaq qanazlığı ilə bağlı müraciət edibsə, onun dəmir çatışmazlığını da nəzərə almaq lazımdır. Bu halda, ilk addım qanda B12 ilə yanaşı, dəmirin səviyyəsini də yoxlamaq və ondan sonra anamnezdə mədə ilə bağlı şikayətlərin varlığını araşdırmaq olacaq. Adətən, yüngül gedişatlı hipovitaminozlar özünü anemiya, yorğunluq və halsızlıq, görmənin zəifləməsi, yaddaş zəifliyi, dermatit, mədə-bağırsaq funksiyasının pozulması kimi əlamətlərlə büruzə verir. Ağır formalı hipovitaminozlara diaqnoz qoymaq çətinlik törətmir, çünki hər birinin spesifik kliniki gedişatı var”, - deyə pediatr əlavə edib.

Mütəxəssis sağlam qidalanmağın vitamin qəbulundakı rolundan da danışıb: “Yay aylarında, bütün meyvə və tərəvəzlərin yetişdiyi bir dövrdə süni yolla vitamin qəbul olunması məqsədəuyğun deyil. Meyvə və tərəvəzlərin düzgün istifadəsi bağırsaqların da funksiyasını təmin edəcək. Lakin qida qəbulu zamanı onun necə, harada, hansı temperaturda, neçə müddət saxlanılmasının böyük əhəmiyyəti var. Həmçinin təzə sıxılmış şirələrin saxlanılması qaydasına önəm vermək çox vacibdir. Meyvə şirəsi çıxarıldıqdan dərhal sonra içilməlidir, çünki vitaminlər həssas kimyəvi birləşmələrdir və tez parçalanmaq xüsusiyyətinə malikdir. Meyvə və tərəvəzlər nə qədər çox qaynadılarsa, tərkibi o qədər çox məhv olar. Bununla belə, bir neçə tərəvəz var ki, az odda qısa müddət ərzində qaynadıldıqda qida maddələri ilə zənginləşir. Məsələn, yerkökü az odda qısa müddətə qaynadılırsa, tərkibində beta-karotin kimi mühüm mikroelementlər əmələ gəlir. Pomidor, çuğundur, kələm, brokkoli də bu qrupa aiddir. Kiçik işləmədən sonra onların tərkibi daha xeyirli olur. Ümumiyyətlə, valideynlərə uşaqlar üçün bütün yeməkləri az odda bişirmək tövsiyə olunur. Yerkökü, cəfəri, ispanaq, balqabaq, kələm, brokkoli və ərik beta-karotin, süd, balıq yağı və qaraciyər D vitamini, qarğıdalı, günəbaxan və çaytikanı yağları isə E vitamini ilə zəngindir. Bundan əlavə, yaşıl yarpaqlı tərəvəzlər, ispanaq və kələm K vitamini, paxlalılar, göbələk, fındıq, yumurta, qaraciyər, balıq əti, balıq kürüsü B qrupuna aid olan vitaminlərlə zəngindir”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ayxan Abbasov: Vəziyyətdən çıxmağın yolu Litva ilə oyunda qələbə qazanmaqdır

TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşüblər

Mahir Emreli: Komanda yaxşı vəziyyətdə deyil

Putin: Azərbaycan “Şimal-Cənub” dəhlizi layihəsinin həyata keçirilməsini dəstəkləyir

Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlığın təşviqi üzrə Birgə Komissiyanın 4-cü iclası olub

Media: Moskva vilayətində kimya zavodunda baş verən partlayış nəticəsində 7 nəfər ölüb

Aqil Qurbanov “ADEX-2026” sərgisində bir sıra görüşlər keçirib

Azərbaycan-Aİ münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub

Türkiyədə mədən uçqununun baş verdiyi ərazidə 3 işçinin axtarışları davam edir

Millətlər Liqası: Azərbaycan - Lixtenşteyn oyununda qalib müəyyənləşməyib YENİLƏNİB

Ən yeni müdafiə və təhlükəsizlik texnologiyaları Bakıda bir arada - FOTOREPORTAJ

Putin: Rusiyaya birbaşa hücum olacağı təqdirdə bütün silah arsenalından istifadə məsələsi gündəmə gələcək

Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Çin bayrağının rəngləri ilə işıqlandırılıb VİDEO

Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Çin bayrağının rəngləri ilə işıqlandırılıb VİDEO

Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir VİDEO

Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir VİDEO

Azərbaycan və Ukrayna arasında vizual sənət körpüsü: yeni art-layihələr planlaşdırılır

FHN-in voleybol komandası beynəlxalq turnirdə yüksək nəticə göstərib

Rumıniyada professor Tasin Cəmilin Osmanlı tarixinə həsr edilən yeni kitabı təqdim olunub

Tramp: İran nüvə silahına sahib olmayacağına razılıq verib

Rumıniya Şaquli Qaz Dəhlizi layihəsini dəstəkləyir: Azərbaycan marşrutu xüsusi qeyd olunub

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

İngiltərə və Uelsdə yüzlərlə məhbusun vaxtından əvvəl azad edilməsinə başlanılıb

Putin: Hegemoniyadan uzaqlaşdıqca dünyada vəziyyət yaxşılığa doğru dəyişəcək

Azərbaycanlı üzgüçü: Dünya ulduzları ilə yarışmaq bizə böyük motivasiya verir

Ukrayna “FP-7” ballistik raketlərindən ilk zərbələrini endirib

Almaniya hökuməti Bundesver hərbçilərinin iki missiyada iştirakının uzadılmasını təsdiqləyib

Əcnəbi tələbələr Belçika iqtisadiyyatına milyardlar qazandırır - araşdırma

Naxçıvanda Sosial Reabilitasiya Müəssisəsinin sakinləri ilə görüş təşkil edilib

Bu saata olan əsas xəbərlər

Çexiyada yanacaq qiymətlərinə nəzarət gücləndirilib

ÇXR-in yaranmasının 77-ci ildönümü münasibətilə Tyananmen meydanında dövlət bayrağı təntənəli şəkildə qaldırılıb

Bakıda “Tashkent Content Market – 2027” beynəlxalq məzmun platformasının təqdimatı olub

Media Forumun iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar

AQEM Media Forumu çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilib

Tacikistandan olan gənc sənətçi: Azərbaycan musiqisində doğma nəsə hiss edirəm

Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var VİDEO

Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Macarıstan Avropa Baş Prokurorluğuna üzv olur: qanunvericilik dəyişir

Baş Prokurorluq: Laçın istiqamətində hərbi qulluqçumuzun itkin düşməsi faktı ilə bağlı cinayət işi başlanıb

İssık-Kulda “Divanü Lüğat-it-Türk”ə həsr olunmuş sərginin daimi ekspozisiyası açılıb

Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib

Şuşakənd sakini: Həsrətində olduğum torpaqda yaşamaq böyük xoşbəxtlikdir

Azərbaycan və Bakı Dünya Akvatika Fondunun Ekoloji Mükafatına layiq görülüb

Filip Riker: Mərkəzi Asiya və Qafqaz rifah naminə əməkdaşlığı gücləndirməlidir VİDEO

Filip Riker: Mərkəzi Asiya və Qafqaz rifah naminə əməkdaşlığı gücləndirməlidir VİDEO

Millətlər Liqası: Azərbaycan və Lixtenşteyn yığmalarının start heyətləri açıqlanıb

Süni intellektəsaslı ağıllı sistemlər nəqliyyat problemini həll edə bilər? – AÇIQLAMA

Azərbaycan xalqının milli-mədəni irsinin inkişafına töhfələr vermiş şair: Xaqani Şirvani

Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti Azərbaycana təşəkkür edib

“Sərhədsiz incəsənət”: “Şabran-2026” Beynəlxalq İncəsənət Simpoziumunun yekun sərgisi

Orta Dəhlizin inkişafı nəqliyyat və logistika infrastrukturuna investisiyaları artırır - ŞƏRH

Cənubi Koreyada yaşlı əhalinin payı 21,6 faizə çatıb

AQTA rəsmisi: Qida zəhərlənmələrinin 65 faizdən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir VİDEO

AQTA rəsmisi: Qida zəhərlənmələrinin 65 faizdən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir VİDEO

Nazir: Azərbaycanda hər il, hər ay idman sahəsində növbəti uğurlar əldə olunur

Cəlilabadda fərdi yaşayış evində yanğın olub

® Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi-praktik konfransda iştirak edib

Ülviyyə Heydərova: Sanki “İnanıram” pyesi ürəyimdə, beynimdə hazır imiş və bir təkliflə üzə çıxdı

Hərbi prokurorluq orqanları arasında əlaqələrin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb

“ADEX” Azərbaycanın müdafiə sənayesinin beynəlxalq təqdimat platformasına çevrilib ŞƏRH

Metyu Brayza: CAMCA gənc liderlər üçün yeni əməkdaşlıq imkanları açır VİDEO

Metyu Brayza: CAMCA gənc liderlər üçün yeni əməkdaşlıq imkanları açır VİDEO

Hərbi Prokurorluğun rəhbərliyi kursantlarla görüşüb

Orta Dəhlizin inkişafı Avropa ilə Asiya arasında iqtisadi əlaqələrin güclənməsinə töhfə verə bilər – ŞƏRH

“Qızıl Saray” şadlıq evində istehlaka yararsız ətlər aşkarlanıb

Özbəkistanlı jurnalist: CAMCA ölkələr arasında təcrübə mübadiləsi üçün mühüm platformadır VİDEO

Özbəkistanlı jurnalist: CAMCA ölkələr arasında təcrübə mübadiləsi üçün mühüm platformadır VİDEO

Hikmət Hacıyev: Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə Aİ ilə münasibətlərimizin mühüm istiqamətlərindəndir

Ötən ay 908 mina və 4525 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

Gəncədə zəhərlənmə hadisəsi baş vermiş məktəbin bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 3 VİDEO

Gəncədə zəhərlənmə hadisəsi baş vermiş məktəbin bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 3 VİDEO

KTN-in vəzifəli şəxslərinin oktyabrda bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib

Aİ quruma üzv ölkələrdə qalmaq hüququ olmayan şəxslərin geri qaytarılması qaydalarını sərtləşdirib

Azərbaycanda makaron məmulatlarının istehsal həcmi açıqlanıb

Frederik Starr: Mərkəzi Asiya və Cənubi Qafqazdakı dövlətlər vahid komanda kimi təmsil olunmalıdır VİDEO

Frederik Starr: Mərkəzi Asiya və Cənubi Qafqazdakı dövlətlər vahid komanda kimi təmsil olunmalıdır VİDEO

Ali Məclisin deputatının mandatı ləğv edilib

Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub

"Birliyin Gücü – 2026” birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib YENİLƏNİB VİDEO

"Birliyin Gücü – 2026” birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib YENİLƏNİB VİDEO

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası olacaq

ABŞ-də xüsusi qayğıya ehtiyacı olan insanlar üçün Azərbaycan muğamı səsləndirilib VİDEO

ABŞ-də xüsusi qayğıya ehtiyacı olan insanlar üçün Azərbaycan muğamı səsləndirilib VİDEO

Azərbaycandan Lüksemburqa ixracın dəyəri 306 dəfə artıb – QRAFİK

Yeni reallıqlar Azərbaycanın iqtisadi imkanlarını genişləndirir - ŞƏRH

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Azərbaycanın regionlarında sərmayə yatırmaq üçün səmərəli imkanlar yaradılıb - ŞƏRH

Fuad Kərimov: CAMCA Forumu regionun investisiya potensialının müzakirəsi üçün mühüm platformadır VİDEO

Fuad Kərimov: CAMCA Forumu regionun investisiya potensialının müzakirəsi üçün mühüm platformadır VİDEO

Azərbaycanın müdafiə sənayesinin beynəlxalq bazara çıxış imkanları genişlənir - ŞƏRH

“ADEX 2026”da Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal edilən 130 adda məhsul nümayiş olunur VİDEO

“ADEX 2026”da Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal edilən 130 adda məhsul nümayiş olunur VİDEO

“Azneft”: İstehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib

Xankəndidə mina təhlükəsinə dair yekun maarifləndirmə təlimləri təşkil edilib

BMT gübrə yüklərinin Hörmüz boğazından keçməsinə imkan verəcək mexanizm hazırlayıb

İctimai Şura üzvləri ilə 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri müzakirə edilib

Azərbaycan idmançılarının reytinq cədvəlində dəyişiklik olub

Karib hövzəsi ölkələri ASAN modelini öyrənir

Ərdoğan: Ölkədəki hər siyasi partiyanın prioriteti Türkiyə olmalıdır

BMT-nin iclasında Ermənistan cəmiyyətində revanşist fikirlərin artmasından narahatlıq ifadə olunub

ADEX sərgisi Azərbaycanın hərbi-texniki əməkdaşlıq coğrafiyasını genişləndirir ŞƏRH

Oktyabrda Səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ünvanlar açıqlanıb

Azərbaycanlı alimlər Qazaxıstanda türk irsinə həsr olunmuş konfransda iştirak edirlər

BDYPİ gözlənilən hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib

Bülbül prospektinin daha bir hissəsində mikromobillik zolağı təşkil olunub

Dəmir Yolları: Bakı-Tbilisi-Bakı marşrutu üzrə gündəlik 4 reys həyata keçiriləcək

Azərbaycan – Lixtenşteyn oyununa 4500 bilet satılıb

AZAL daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirib

İsrailin Rusiyadakı səfiri: “Flydubai” reysində baş verən insident terror aktına cəhd kimi qiymətləndirilir

BDU-da “Azərbaycan dili - açıq dərslər” layihəsinin növbəti görüşü

“Birliyin Gücü – 2026” təlimi çərçivəsində media nümayəndələri səhra hospitalı ilə tanış olublar VİDEO

“Birliyin Gücü – 2026” təlimi çərçivəsində media nümayəndələri səhra hospitalı ilə tanış olublar VİDEO