PEKİNDƏ ANMA MƏRASİMİ
Türk dünyasının böyük oğlunun xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan sonra səfir Yaşar Əliyev çıxış edərək, Azərbaycanın müstəqillik tarixində silinməz izlər buraxmış, onu beynəlxalq aləmdə tanıtmış, xalqımıza baş ucalığı gətirmiş dahi şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyətindən danışmışdır.
“Böyük ömrün anları” filmi nümayiş etdirilmişdir.
Tədbirdə iştirak edən Türkiyə, Gürcüstan, Ukrayna, Moldova, Qazaxıstan, Özbəkistan və Tacikistan səfirləri dünya şöhrətli liderimiz haqqında xatirələrini bölüşmüşlər.
Mərasimin sonunda səfirlər ümummilli lider Heydər Əliyevin büstü qarşısında xatirə fotoşəkli çəkdirmişlər.