PEKİNİN ƏSAS STADİONUNDA İLK BEYNƏLXALQ YARIŞ KEÇİRİLİR
AZƏRTAC xəbər verir ki, 2008-ci ilin Olimpiya oyunlarının vətəni Pekinin “Quş yuvası” adlanan baş stadionunda “Uğurlar olsun, Pekin!” test yarışları çərçivəsində 138 Çin və xarici ölkə atletinin iştirak etdiyi idman yerişi üzrə beynəlxalq turnirə start verilmişdir.
Proqramına 20 və 50 kilometr məsafəyə idman yerişinin daxil olduğu atletika yarışları azarkeşlərə və Olimpiya oyunlarının başlanmasını səbirsizliklə gözləyən bütün insanlara ABŞ-ın “Taym” jurnalının ötən ilin yekunlarına görə tərtib etdiyi “Dünyanın 10 ən yaxşı memarlıq qurğusu” siyahısına düşmüş bu möhtəşəm stadionda olmaq imkanı vermişdir.
“Quş yuvası” avqustun 8-də açılacaq XXIX Yay Olimpiya Oyunları ərəfəsində təhvil verilmiş son idman obyektidir.
İsveçrə memarlarının layihəsi əsasında tikilmiş stadion 91 min tamaşaçı üçün nəzərdə tutulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [14:15]
Azərbaycan Olimpiya Həmrəyliyi Forumunda təmsil olunur
- 09.10.2026 [13:37]
Zelim Kotsoyev Bakıdakı dünya çempionatını medalsız başa vurub
- 09.10.2026 [11:55]
AMADA "Kəpəz" klubunda seminar keçirib
- 09.10.2026 [11:46]
İngiltərə klubunun sahibi komandanın satışını nəzərdən keçirir
- 09.10.2026 [11:10]
NTD amerikalı basketbolçunu transfer edib
- 09.10.2026 [10:47]
Azərbaycanın 8 boksçusu Avropa çempionatında yarımfinal döyüşünə çıxacaq
- 09.10.2026 [10:37]