PENTAQON ATƏT NÜMAYƏNDƏSİNİ QUANTANAMOYA DƏVƏT ETMİŞDİR
Pentaqonun nümayəndələri açıqlamışlar ki, Belçika parlamentinin sədri, həmçinin ATƏT Parlament Assambleyasının Quantanamo ilə bağlı məsələlər üzrə xüsusi nümayəndəsi Ann-Mari Lizin hərbi bazaya gələrək, onun komandanlığı ilə görüşə bilər, lakin ona məhbuslarla ünsiyyətdə olmaq qadağan edilir.
İyunda xanım Lizin Quantanamoda vəziyyət barədə ATƏT-in Parlament Assambleyasına məruzə təqdim edərək, bu sənəddə Birləşmiş Ştatları həmin bazanın bağlanması müddətini müəyyənləşdirməyə çağırmışdır.
Parlament Assambleyasının nümayəndəsi Andreas Beyker xanım Lizinin Quantanamoya getməyə çalışdığını təsdiqləmiş, lakin demişdir ki, onun Pentaqon tərəfindən irəli sürülən şərtləri qəbul edib-etməyəcəyini bilmir.
Bundan əvvəl BMT nümayəndələri Pentaqonun bu cür dəvətini rədd edərək demişdilər ki, onlar məhbuslarla görüşmədən Amerika hərbi bazasında vəziyyət haqqında “səhih, obyektiv və ədalətli hesabat” hazırlaya bilməzlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [18:41]
Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir
- 07.10.2026 [17:46]
Yəməndə köçkünlərin sayı 200 mini keçib
- 07.10.2026 [17:37]
Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb
- 07.10.2026 [16:24]
Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb
- 07.10.2026 [15:41]